» » Polisin qovduğu "avtoş" qəza törətdi-

Polisin qovduğu "avtoş" qəza törətdi- 2 ölü, 3 yaralı+ Video

Bölmə: Kriminal, BLOK XƏBƏR
Polisin qovduğu "avtoş" qəza törətdi-
Bakının Nizami rayonu, Heydər Əliyev prospektində 2 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.


“xalqinfo” Deyerler.org-a istinadən xəbər verir ki, Tural Rəhimovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil hava limanı şossesi istiqamətində hərəkətdə olarkən qəflətən geriyə dönüş edib və Heydər Əliyev prospekti ilə əks istiqamətdə hərəkət etməyə başlayıb. Bu vaxt "Jiquli" qarşıdan gələn və 53 yaşlı Firdovsi Əliyevin idarə etdiyi “Lexus” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində "VAZ-2107" markalı avtomobildə olan iki sərnişin dünyasını dəyişib, avtomobilin sürücüsü Tural Rəhimov, eləcə də “Lexus”un sürücüsü Firdovsi Əliyev və onun həyat yoldaşı Arifə Əliyeva ağır bədən xəsarətləri alıblar. "Jiquli"də dünyasını dəyişən şəxslərin meyidini çıxarmaq üçün əraziyə FHN-nin xilasediciləri cəlb olunub.

"VAZ-2107"nin sürücüsünün yaxınlarının sözlərinə görə, Tural Rəhimov yol polisi əməkdaşlarının təqibindən qaçmağa çalışırmış. Metronun “Koroğlu” stansiyasının qarşısında Yol Patrul Xidmətinə məxsus avtomobil Heydər Əliyev prospektini bağlayaraq Rəhimovun avtomobilinin qarşısını kəsib. Tural Rəhimov isə geriyə dönüş edərək əks istiqamətdə hərəkət edib və nəticədə toqquşma qaçılmaz olub.

Yol qəzasının təfərrüatlarını Nizami Rayon Polis İdarəsinin istintaqçıları araşdırır. İdarənin müstəntiqi Nicat Naibov ANS-ə açıqlamasında qeyd edib ki, "VAZ-2107" markalı avtomaşının YPX əməkdaşları tərəfindən təqib edilməsi ilə bağlı iddialar araşdırılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler