» » Nazirliyin idarə rəisindən 200 min istəyən dəstənin sifarişçisi tutuldu

Nazirliyin idarə rəisindən 200 min istəyən dəstənin sifarişçisi tutuldu

Bölmə: Kriminal, BLOK XƏBƏR
Nazirliyin idarə rəisindən 200 min istəyən dəstənin sifarişçisi tutuldu
Bir neçə ay əvvəl Maliyyə Nazirliyi 5 saylı Qaradağ Xəzinədarlıq İdarəsinin rəisi Mirzə Mirzəyev və onun ailə üzvlərini öldürəcəkləri ilə hədələyib 200.000 manat pul tələb edən qrupun həbs olunması ilə bağlı xəbər yayımlamışdıq.


Sözügedən hadisədə təqsirkar bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Əjdər Talıbov və İsmət Məmmədov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində elə yanvar ayında tutulmuşdular.

Nazirliyin yüksək rütbəli məmuruna qarşı cinayətin arxasında həbs olunan iki şəxslə yanaşı sifariş verənin kimliyi də çox maraqlı idi. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, BMCMİ dünən əməliyyat keçirərək, cinayətin sifarişçisini də tutub. Məlum olub ki, nazirliyin şöbə müdirini ölümlə hədələyən, imicinə xələl gətirəcəyi, uşaqlarının oğurlanacağı və digər təhdidlər edən qrupa rəhbərlik edən həmin şəxs hadisədən sonra qaçıb gizlənibmiş.

Dünən keçirilən əməliyyatla sifarişçi Şirvan şəhərində anadan olan, 66 il təvəllüdlü Namiq Xəlilov Bakıda saxlanılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler