» » Cavid Hüseynov Kürdəxanıya köçürüldü

Cavid Hüseynov Kürdəxanıya köçürüldü

Bölmə: Kriminal, DÜNƏNDƏN-BUGÜNƏ
Cavid Hüseynov Kürdəxanıya köçürüldü
Cavid Hüseynov Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasına köçürülüb.

Bu barədə "Azadlıq" radiosuna onun vəkili Adəm Məmmədov məlumat verib.

Vəkil onu da xatırladıb ki, futbolçunun həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün avqustun 18-də Səbayel Rayon Məhkəməsinə müraciət edəcək.

Cavid Hüseynov avqustun 11-də həbs olunub. O, jurnalist Rasim Əliyevin ölümü ilə bağlı cinayəti bilib xəbər verməməkdə ittiham edilir. Bundan öncə Səbayel Rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Təcridxanasında saxlanılırdı.

Avqustun 8-də ann.tv saytının əməkdaşı Rasim Əliyev futbolçunun qohum və yaxınları tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Avqustun 9-da orada vəfat edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler