» » Əməliyyat: Şirvan və Ağcabədi sakinlərindən

Əməliyyat: Şirvan və Ağcabədi sakinlərindən külli miqdarda narkotik götürülüb

Bölmə: Kriminal, BLOK XƏBƏR
Əməliyyat: Şirvan və Ağcabədi sakinlərindən Şirvan və Ağcabədi sakinlərində külli miqdarda narkotik vasitə aşkar edilib.

Xalqinfo.az bildirir ki, APA-nın Daxili İşlər Nazirliyinin saytına istnadən verdiyi məlumata görə, Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunan Xəniyar Məlikova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 1 kiloqram 350 qram olan 51 ədəd çətənə kolu götürülüb. Onun evinə baxış zamanı əlavə olaraq 100 qram marixuana aşkar edilərək müsadirə olunub.

Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində isə Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Elçin Əliyevdən 19 kiloqram 360 qram marixuana götürülüb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler