» » Arzuları ürəklərində qaldı

Arzuları ürəklərində qaldı (Foto)

Bölmə: Kriminal
Arzuları ürəklərində qaldı İrandan Azərbaycana narkotik vasitə keçirmək istəyən şəxslər saxlanılıb.

Xalqinfo.az bildirir ki, Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, Azərbaycan Respublikası vətəndaşı Hüseynov Elnur Əlirza oğlu piyada yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına gələrkən, Astara Gömrük İdarəsinin Sərnişin şöbəsində onun üzərində şəxsi yoxlama aparılıb.

Şəxsi yoxlama zamanı Elnur Hüseynovun düz bağırsağından 3 ədəd bükümdə, ümumi xalis çəkisi 9,515 qram narkotik vasitə - həşiş qətranı aşkar olunaraq götürülüb.

Bununla yanaşı, Azərbaycan Respublikası vətəndaşı Mirzəyev Şahmar Calaləddin oğlu piyada yolla İran İslam Respublikasından ölkəmizə gələrkən, Astara Gömrük İdarəsinin əməkdaşları onun üzərində şəxsi yoxlama aparıb. Şəxsi yoxlama nəticəsində Şahmar Mirzəyevin ayaqqabısının hər iki tayının içərisində, polietilen paketlərdə 98 ədəd, əyninə geyindiyi şalvarın bel hissəsində kəsilib doğranmış vəziyyətdə 149 həb olmaqla, cəmi 247 ədəd təsiredici maddəsinin xalis çəkisi 9,88 qram olan narkotik vasitə - metadon və ayaqqabının sol tayının daban hissəsində bir ədəd polietilen bükümdə xalis çəkisi 12.06 qram olan narkotik vasitə - tiryək aşkar olunub.

Faktlarla bağlı DGK-nin İstintaq İdarəsində araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler