» » Bakıda qadınların maşınlarını qarət edən “kişilər” tutuldu

Bakıda qadınların maşınlarını qarət edən “kişilər” tutuldu

Bölmə: Kriminal
Bakıda qadınların maşınlarını qarət edən “kişilər” tutuldu
Bakıda qadın avtomobillərinə qənim kəsilən kişilər həbs ediliblər. Onlar Bakı şəhər sakinləri Qurban Quliyev və İlkin Cahangirovdir. Nərimanov Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsi və 18-ci polis bölməsi əməkdaşları hər iki şəxsi narkotiklə yaxalayıblar, sonradan onların silsilə cinayətləri üzə çıxıb.

Virtualaz.org bildirir ki, Nərimanov Rayon Polis İdarəsindən milli.az-a verilən məlumata görə, onlar ötən il sentyabrın 28-də Ə.Əlizadə küçəsində Fəridə Rəcəbovaya məxsus “Chevrolet” markalı avtomaşından içərisində 430 manat, qızıl-zinət əşyaları, səxsiyyət vəsiqəsi və kosmetik əşya olan əl çantası, bu il isə H.Əliyev küçəsində Kəmalə Qurbanovaya məxsus “Nissan”, Ə.Ağaoğlu küçəsində Nərgiz Əliyevaya, Təbriz küçəsində Ellana Cəfərovaya məxsus “Hyundai” markalı, A.M.Cümə küçəsindən Züleyxa Babayeva və Arzu Ağayevaya məxsus “Toyota”lardan, Təbriz küçəsində Göyərçin Hüseynovaya məxsus “Kia” avtomobilindən pul, sənədlər və digər əşyalar qarət ediblər.

Dəstə üzvləri imkan düşən kimi kişilərin maşınlarına da soxulublar. Onlar Hikmət Abbasov, İntiqam Muradov, Elşad Qasımova məxsus “Mercedes”lərdən, Abbas Əhmədova məxsus “VAZ-2107”, Heydər Cəfərova məxsus “Lexus”, Rövşən Həmidova məxsus “Land-Cruiser” markalı avtomobillərdən də oğurluq ediblər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler