» » Düşmanın növbəti yanğın təxribatı

Düşmanın növbəti yanğın təxribatı (Foto,Video)

Bölmə: Kriminal
Düşmanın növbəti yanğın təxribatı Ermənilər Tərtər rayonunun işğal altında olan ərazilərində yanğınlar törədiblər.


Xalqinfo.az bildirir ki,ötən gün saat 19 radələrində başlayan yanğın qısa zamanda genişlənib. Havanın küləkli olması alovun yayılmasını sürətləndirib. Yanğın təmas xəttini keçib. Bu da Tərtərin Qapanlı və Yuxarı Qaradağlı kəndlərində taxıl zəmiləri üçün təhlükə yaradıb.


Sakinlər müxtəlif vasitələrdən istifadə edərək alovun taxıl sahələrinə keçməsinin qarşısını almağa çalışıblar. Tərtər Yanğından mühafizə hissəsinin əməkdaşları əraziyə cəlb ediliblər.


Alov taxıl zəmilərinin təxminən 50 metrlik məsafəsində məhdudlaşdırılıb: ”Hamı sahəsinin başındadır. Yanğınsöndürənlər burada olmasaydılar, alov taxıl zəmilərinə keçəcəkdi”, - deyə Yuxarı Qaradağlı kənd sakini Anar Cabbarov bildirib.


Alovun zəmilərə keçməsinin qarşısı alınsa da, yanğınlar digər ərazilərdə səhər saatlarına qədər davam edib.

Mənbə
Region TV

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler