» » Leyla Yunus sərbəst buraxıldı -

Leyla Yunus sərbəst buraxıldı - Yenilənib (

Bölmə: Kriminal
Leyla Yunus sərbəst buraxıldı -
Bu dəqiqələrdə Leyla Yunus İstintaq idarəsindən sərbəst buraxlıb.

Avropa.info xəbər verir ki, bu barədə Milli Şuranın üzvü Yeganə Hacıyeva məlumat verib. Onun dediyinə görə, bu gün Leyla Yunusun evində axtarış aparılacaq.

***

Musavat.com-un əməkdaşı xəbər verir ki, səhər saat 7:30 radələrində Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə gətirilən hüquq müdafiəçisi hələ də dindirilir. Vəkil Xaliq Bağırov da dindirmədə iştirak edir. Binanın qarşısında polislər və maşınların içərisində mülkü geyimlilər var.

Jurnalist Şahvələd Çobanoğlu Leyla xanımdan intiqam alındığını bildirib:"Təbii ki, Leyla xanımdan intiqam alırlar. O, hüquqi pozan yox, hüquqi müdafiə edən insandır. Başqa bir bəhanə tapmırlar. Yəqin ki, ictimai fəallar kimi onu da ləkələyərək uydurma bir ittihamla həbs edəcəklər. Hələlik bunu ehtimal edirik".

İstintaq idarəsinin qarşısında jurnalistlər, az sayda hüquq müdafiəçiləri var. Ölkənin tanınmış simaları da bina önünə gəlirlər.

***

Rəsmi orqanlar Leyla Yunus və həyat yoldaşı Arif Yunusun saxlanması ilə bağlı hələ rəsmi məlumat yaymayıb.

Hazırda hüquq müdafiəçisinin mobil telefonları cavab vermir. Arif Yunus aprelin 29-da saat 00.23-də Amerikanın Səsinin müxbirinin telefon zənginə cavab verib və yalnız “sonra danışarıq", deyərək telefonu qapadıb.

***

Tanınmış hüquq müdafiəçisi Leyla Yunus həyat yoldaşı Arif Yunus ilə birlikdə aprelin 28-də axşamdan xeyli keçmiş Heydər Əliyev adına Bakı hava limanında Doxaya gedərkən saxlanılıb.

Avropa.info xəbər verir ki, sərhədi keçərkən onlara ölkəni tərk etmələrinin qadağan olduğunu bildiriblər.

Leyla və Arif Yunusu müşayət edən Qərb diplomatları – Fransa səfiri və Amerika səfirinin müavini prezident administrasiyasının müavini Novruz Məmmədovla danışdıqdan sonra, onları sərhəddən buraxıblar. Lakin , sonradan təyyarəyə minərkən yenidən saxlanılıblar.

Leyla Yunus telefonla bildirib ki, 4 nəfər mülkü geyimli şəxs videoçəkilişlə onları dindirmək istəyib, amma o vəkilsiz suallara javab verməkdən imtina edib.

Təxminən 23.30 onlara saxlanıldıqlarını bildiriblər. Onlara bildiriblər ki, əvvəl çantaları, sonra isə ofis və mənzillərində axtarışlar aparılacaq. Hava limanına vəkil Xalid Bağırov yollanıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler