» » Azərbaycanda polisi ayağından asdılar

Azərbaycanda polisi ayağından asdılar

Bölmə: Kriminal
Azərbaycanda polisi ayağından asdılarMingəçevirdə polisi əvvəlcə döyüb sonra isə ayaqlarından ağacdan asıblar.

Xalqinfo.az bildirir ki,Ölkə.Az-a Yevlax şəhər polis idarəsindən daxil olan məlumata görə, Yevlax şəhər polis idarəsi mühafizə şöbəsinin polis serjantı Zahidli Zahidi Mingəçevir şəhərində döyüb, ayaqlarından asdıqdan sonra gətirib sahə müvəkkilinə təhvil veriblər.

Əldə etdiyimiz məlumata görə, Yevlax şəhər mühafizə şöbəsinin polis serjantı Zahidli Zahid Mingəçevir şəhərində yaşayan bir qızı narahat edib görüşə çağırırmış, ancaq qız polisə razılıq vermirmiş. Qız polisin onu mütəmadi narahat etməsindən bezərək olanları əmisi oğlanlarına danışıb.

Qızın əmisi oğlanları serjant Zahidlini qızın adı ilə Mingəçevir stansiyasına yaxın Aran qəsəbəsinə görüşə çağırıblar. Onlar əvvəlcə polis işçisini döyüb, sonra isə ayaqlarından ağacdan asaraq sahə müvəkkilinə zəng ediblər. Sahə müvəkkili hadisə yerinə gəldikdən sonra serjant Zahidlini açaraq polis şöbəsinə gətirib

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler