» » 16 yaşlı qızı döyərək diri-diri yandırdılar

16 yaşlı qızı döyərək diri-diri yandırdılar (Fotolar)

Bölmə: Kriminal, Dünya
16 yaşlı qızı döyərək diri-diri yandırdılar Qvatemalada qətldə şübhəli bilinən 16 yaşlı qızı yerli əhali özü cəzalandırıb. Belə ki, yeniyetmə qız yerli əhalinin gözü qarşısında vəhşicəsinə döyülərək diri-diri yandırılıb.

Xalqinfo.az bildirir ki,Publika.az xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə Qvatemalanın Rio-Bravo kəndində baş verib. Yeniyetmə qız 2 nəfərlə əlbir olaraq yerli taksi sürücüsünü qətlə yetirməkdə şübhəli bilinir. Qatillər yerli əhali tərəfindən yaxalanaraq hamının gözü qarşısında cəzalandırılıb.

İnsanlar qızı əvvəlcə vəhşicəsinə döyüb. Sonra isə iştirakçılardan kimsə qızın üstünə tez alovlanan maye tökərək onu diri-diri yandırıb. Bütün bunlar isə videoya çəkilib. Video internetdə yayımlansa da, sonradan silinib.

Yollar yerli əhali tərəfindən bağlandığı üçün hadisəyə polis müdaxilə edə bilməyib. Adı açıqlanmayan qızın qatilləri polis tərəfindən axtarılır.
16 yaşlı qızı döyərək diri-diri yandırdılar
16 yaşlı qızı döyərək diri-diri yandırdılar
16 yaşlı qızı döyərək diri-diri yandırdılar
16 yaşlı qızı döyərək diri-diri yandırdılar
16 yaşlı qızı döyərək diri-diri yandırdılar

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler