» » Ağdamda qardaşbacını

Ağdamda qardaşbacını ürəyindən vurdu

Bölmə: Kriminal
Bu gün Ağdam rayonunda dəhşətli faciə yaşanıb.

Xalqinfo.az bildirir ki,ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Xıdırlı kəndində yaşayan məcburi köçkün 16 yaşlı Ayşən Hüseynqulu qızı Həsənova evdə qardaşı 12 yaşlı Hüseyn Həsənovla birgə oynayırlarmış. Uşaqlar oynayarkən oğlan atasına məxsus ov tüfəngini götürüb. Oğlan silahla ehtiyatsız davranıb və atəş açılıb.

Açılan atəş nəticəsində ov tüfəngindən çıxan güllə Ayşən Həsənovaya dəyib. Güllə onun ürəyini parçalayıb. Hadisə nəticəsində qız yerindəcə keçinib.

Hazırda meyit tibbi ekspertizada keçirilir.

Faktla bağlı Ağdam rayon Prokurorluğunda araşdırma aparılır.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler