» » Azərbaycanda daha bir general həbs ediləcək- İddia

Azərbaycanda daha bir general həbs ediləcək- İddia

Bölmə: Kriminal
Azərbaycanda daha bir general həbs ediləcək- İddia

Keçmiş korpus komandirinin istintaqa cəlb ediləcəyi gözlənilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri, hərbi məsələlər üzrə ekspert Cəsur Sümərinli məlumat yayıb.
Onun sözlərinə görə, keçmiş korpus komandiri Mahmud Həmzəyevin istintaqa cəlb ediləcəyi gözlənilir:

“Səfər Əbiyev zamanında korpus komandiri vəzifəsini tutmuş şəxsin də qarşıdakı iki həftə ərzində istintaqa çağırılacağı barədə məlumat var. Söhbət Mahmud Həmzəyevdən gedir. Həmzəyev Beyləqandakı hərbi birləşməyə başçılıq etmişdi. Araşdırma qrupu bu generalın Silahlı Qüvvələrdə mövcud olan geniş miqyaslı yeyinti və mənimsəmələrdə rolunu aydınlaşdırmaq istəyir”.

Xatırladaq ki, bundan öncə ekspertin Müdafiə Nazirliyində ediləcək dəyişikliklərlə bağlı verdiyi bir çox proqnozlar öz təsdiqini tapıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler