ŞOK: Valideyinlərin öz körpəsinə etdiyi vəhşilik

Bölmə: Kriminal, Dünya
ŞOK: Çinin cənubundakı Quansi bölgəsində diri-diri basdırılan körpə 8 gün sonra məzardan sağ çıxıb.Xalqinfo.az bildirir ki, Lent.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, uşağı təsadüfən qəbiristanlığın yanından keçən qadın tapıb. Torpağın altından uşağın zarıltısını eşidən qadın hadisə yerinə polis çağırıb.

Polis karton qutuda torpağa basdırılan oğlan uşağını məzardan çıxararaq xilas edib.

Məlumata görə, “dovşan dodaq”la (yarıq dodaq) doğulmuş körpədən imtina etmək qərarına gələn valideynlər əvvəlcə onu qəbiristanlığa atıblar. İki gün sonra isə onun öldüyünü güman edən qohumları körpəni torpağa tapşırıblar.

Uşağın möcüzəvi xilas olmasına səbəb isə karton qutudakı dəliklər olub. Belə ki, uşaq həmin dəliklərdən süzülən yağış suyu və havanın hesabına sağ qala bilib.

Həkimlər uşağın səhhətinin stabil olduğunu müəyyən ediblər.

Hadisə ilə bağlı polis uşağın 3 qohumu da daxil olmaqla 5 nəfəri həbs edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler