Tarixdə ilk dəfə ...

Bölmə: Kriminal
Tarixdə İyunda Bakı Avropanın və dünyanın diqqət mərkəzində olacaq. Tarixdə ilk dəfə təşkil olunacaq birinci Avropa Oyunlarında qitənin 6 mindən artıq idmançısı birincilik uğrunda mübarizə aparacaq. Güləş yarışlarında isə Avropanın ən güclü 480 pəhləvanı 24 dəst medal uğrunda xalça üzərinə çıxacaq.

Xalqinfo.az-ın məlumatına görə, Azərbaycan Güləş Federasiyasının baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəfərov milli komandamızın hazırlığı və ilk Avropa Oyunlarının təbliği istiqamətində həyata keçirilən tədbirlər barədə AzərTAc-ın müxbirinin suallarını cavablandırıb:

- Güləşçilərimizin ilk Avropa Oyunlarına hazırlığı barədə nə deyə bilərsiniz?

-Güləşçilərimizin bu mötəbər yarışlara hazırlığı plan üzrə davam edir. İdmançılarımız ilk Avropa Oyunlarının məsuliyyətini dərk edirlər. Sərbəst güləşçilərimiz ilk Avropa Oyunlarına hazırlığı Göygöl Olimpiya İdman Kompleksində davam etdirirlər. Yunan-Roma güləşçilərimizin hazırlığı Xaçmazda təşkil olunacaq. Qadın güləşçilərimizin isə Kiyevdə təlim-məşq toplanışı nəzərdə tutulub.

Güləş ölkəmizdə geniş auditoriyaya malik idman növüdür. Əminəm ki, Avropa Oyunları zamanı tamaşaçılar pəhləvanlarımıza Heydər Əliyev adına İdman Sarayında öz dəstəklərini nümayiş etdircəklər. Bu, güləşçilərimizin qələbə əzminin artırılmasına müsbət təsir göstərəcək.

- “Bakı-2015” ilk Avropa Oyunlarının Çilidə Dünya Güləş Birliyinin Amerika Şurasının konqresində təqdimatı böyük maraqla qarşılanmışdı. Oyunlarla bağlı növbəti təqdimat planlaşdırılırmı?

- Düzdür, Çilidə Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti, Dünya Güləş Birliyi idarə heyətinin üzvü Namiq Əliyev geniş təqdimatla çıxış etdi. Namiq Əliyev Avropa Oyunlarına hazırlıqla bağlı qısa müddətdə görülmüş işlər barədə konqres iştirakçılarına ətraflı məlumat verdi. Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin hazırlıq prosesini daim diqqət mərkəzində saxladığını xüsusi vurğuladı. Həmin tədbirdə, həmçinin Azərbaycanın Avropa Oyunlarına hazırlığından bəhs edən videoçarx və fotoslayd nümayiş etdirildi, Federasiya tərəfindən konqres iştirakçılarının şərəfinə ziyafət təşkil olundu.

Mayın 5-də isə Qətərin paytaxtı Dohada Dünya Güləş Birliyi Asiya Şurasının konqresi təşkil olunacaq. Dohada da ilk Avropa Oyunlarının təqdimatı nəzərdə tutulub. Çilidə olduğu kimi, Qətərdə də təqdimatı Namiq Əliyev edəcək.

- Ötən həftə Dünya Güləş Birliyi yunan-Roma güləşi qaydalarına dəyişiklik etdi. Yeni qaydalar ilk Avropa Oyunlarında tətbiq olunacaqmı?

- Bəli, Avropa Oyunları zamanı yeni qaydalar tətbiq olunacaq. Bu qaydalar ilk dəfə mayın 6-11-də Dohada keçiriləcək Asiya çempionatında, mayın 6-8-də Havanada keçiriləcək yeniyetmə və gənclərin Panamerika çempionatında qüvvəyə minəcək.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler