» » Məhkəmə 20 yaşlı qızı zorlamaqda suçlanan gəncləri həbs etmədi

Məhkəmə 20 yaşlı qızı zorlamaqda suçlanan gəncləri həbs etmədi

Bölmə: Kriminal
Məhkəmə 20 yaşlı qızı zorlamaqda suçlanan gəncləri həbs etmədi
Əvvəlki buraxılışlarımızda xəbər verdiyimiz kimi, Tovuz rayonunda 20 yaşlı qız cinsi təcavüzə məruz qalıb.

Lent.az xatırladır ki, bu günlərdə Əyyublu kənd sakini olan, 20 yaşlı G.N 4 nəfər həmkəndlisi tərəfindən zorlanması ilə bağlı Tovuz Rayon Polis Şöbəsinə müraciət edib. Müraciət əsasında dərhal araşdırmalara başlanılıb və yaşı 20-25 arası olan həmin 4 nəfər saxlanılaraq şöbəyə gətirilib. Fakta görə cinayət işi açılıb və həmin şəxslər barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün rayon məhkəməsinə göndərilib.

Tovuz Rayon Məhkəməsi gənc qızı zorlamaqda şübhəli bilinən şəxslər barəsində həbs qərarı çıxarmayıb və onların polis nəzarətində olmasını məqbul sayıb.

Fakta görə başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler