» » 15 yaşlı oğlan anasını öldürdü -

15 yaşlı oğlan anasını öldürdü - Salyanda

Bölmə: Kriminal, BLOK XƏBƏR
15 yaşlı oğlan anasını öldürdü -
Xalqinfo.az xəbər verir ki,Bu gün Salyanda dəhşətli qətl hadisəsi baş verib. 15 yaşlı yeniyetmə anasını öldürüb.

Virtualaz.org saytının Şirvan bürosunun müxbiri xəbər verir ki, hadisə bu gün 17 radələrində Salyan şəhərində baş verib.

Belə ki, Salyan şəhər sakini, 15 yaşlı Həsənov Hüseyn Rövşən oğlu yaşadıqları evdə anası, 1974-ci ildə anadan olmuş Həsənova Gülarə Tofiq qızını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.

Qeyd edək ki, Həsənovlar ailəsində tez-tez baş verən dava-dalaş və narazılıqlar ucbatından bu ailə Salyan Rayon Polis Şöbəsində “problemli və münaqişəli ailə” kimi qeydiyyata da alınıbmış. Qətlin də növbəti ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

15 yaşlı Hüseyn Həsənov hadisə yerinə çağırılmış polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi qaldırılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler