» » Azərbaycanlı Rusiyada

Azərbaycanlı Rusiyada güllələndi

Bölmə: Kriminal
Azərbaycanlı Rusiyada Rusiyada azərbaycanlı öldürülüb.

Xalqinfo.az-ın Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, 28 yaşlı Azərbaycan vətəndaşı güllələnib.

Hüquq mühafizə orqanı əməkdaşları Moskva ətrafında Domodedova şəhərindəki qətlin bəzi təfərrüatlarını öyrənə bilib.

İnsident ötən gecə yerli restoranlardan birində baş verib. Azərbaycan vətəndaşı saat 23 radələrində dostları ilə məkandan çıxıb. Bu zaman bir kişi ona atəş açaraq hadisə yerindən qaçıb.

Dostları yaralı gənci dərhal xəstəxanaya çatdırıblar. Lakin həkimlər ona heç bir kömək göstərə bilməyiblər.

Faktla bağlı cinayət işi açılıb, araşdırma başlayıb. İndi polis qətli törədən şəxsin kimliyini araşdırır.

Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler