» » Üçüncü həyat yoldaşını öldürən şəxsin daha -

Üçüncü həyat yoldaşını öldürən şəxsin daha - bir dəhşətli əməlinin üstü açıldı

Bölmə: Kriminal, BLOK XƏBƏR
 Üçüncü həyat yoldaşını öldürən şəxsin daha -
Gəncədə üçüncü həyat yoldaşını öldürən şəxsin daha bir cinayətinin üstü açılıb.

ans-in bölgə müxbirinin məlumatına görə, 10 il bundan əvvəl ikinci arvadını da qətlə yetirdiyi məlum olub.

Qeyd edək ki, 2014-cü ilin dekabrın 19-da həyat yoldaşı, 1985-ci il təvəllüdlü Esmira Bağban qızı Əliyevanı qətlə yetirdiyinə görə həbs edilən şəhər sakini, 1963-cü il təvəllüdlü Vidalət Təbriz oğlu İsmayılovun daha bir qətl törətdiyi aşkarlanıb.

Məlum olub ki, V. İsmayılov 2006-cı ildə 2-ci həyat yoldaşı, 1977-ci il təvəllüdlü Rəna Akif qızı Əsgərovanı da qətlə yetirib. O, meyiti Gəncə çayının sahilində yerləşən həyətyanı sahəsində basdırıb.

Qeyd edək ki, V. İsmayılov 2014-cü ilin oktyabr ayında 3-cü həyat yoldaşı Esmira Əliyevanı şəxsi münasibətlərin pozulması zəminində şal ilə boğaraq öldürdükdən sonra Göygöl rayonunun Totanlı kəndində yerləşən özünə məxsus evin həyətində basdırıb.

FOTO: APA

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler