» » 22 yaşlı qardaş bacısının nişanlısını öldürdü-

22 yaşlı qardaş bacısının nişanlısını öldürdü- Bakıda+Yenilənib

Bölmə: Kriminal, BLOK XƏBƏR
22 yaşlı qardaş bacısının nişanlısını öldürdü-
Bakıda qətl hadisəsi baş verib.


"Xalqinfo" xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Maştağa-Zabrat şossesi, Yeni Yaşayış massivində qeydə alınıb.

Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Elvin Elşən oğlu Cavadov aralarında yaranan münaqişə zəminində bacısının nişanlısı 1991-ci il təvəllüdlü Habil Aslan oğlu Abdullayevi bıçaqlayaraq qətlə yetirib.

Qətl hadisəsini törədən E. Cavadov tutulub.

Elvin Cavadov ilkin ifadəsində bacısının nişanlısının onların evinə tez-tez gəldiyi üçün öldürdüyünü bildirib.

***
Bakının Sabunçu rayonunda bacısının nişanlısını qətlə yetirən Elvin Elşən oğlu Cavadov Sabunçu Rayon Prokurorluğuna gətirilib.

APA-nın prokurorluğun qarşısındakı əməkdaşının məlumatına görə, şübhəli şəxs bu dəqiqələrdə ifadə verir.

Qətllə bağlı ilkin versiya bundan ibarətdir ki, qətlə yetirilən Habil Abdullayev nişanlısıgilə gedibmiş. O, gələcək qayınatası Elşən Cavadovdan nişanlısı ilə görüşmək üçün icazə istəyib. Qızın qardaşı Elvin Cavadov isə buna etiraz edib. Mübahisə zəminində o, bacısının nişanlısına bir bıçaq zərbəsi vurub, ürək nahiyəsindən xəsarət alan 24 yaşlı gənc dünyasını dəyişib.
Elvin Cavafov polisə könüllü təslim olub.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler