» » Əmisinin maşının qaçırarkən

Əmisinin maşının qaçırarkən qəza törətdi

Bölmə: Kriminal
Əmisinin maşının qaçırarkən Abşeron rayonu, Xırdalan şəhərində yol nəqliyyat hadisəsi baş verib. Şəhərin M.Ə.Rəsulzadə küçəsində baş vermiş qəza zamanı “Toyota” markalı avtomobil adıçəkilən küçə ilə Masazır dairəsi istiqamətində yüksək sürətlə hərəkət edirmiş.

Eşitmə və nitq qüsurlu olduğu bildirilən sürücünün sükana nəzarəti itirməsi nəticəsində “Toyota” markalı avtomobil yolun hərəkət zolağından çıxaraq yol kənarındakı bir mebel salonuna çırpılıb.

Qəza zamanı sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə dərhal Təcili Tibbi yardim xidməti gəlib və sürücüyə ilkin tibbi yardım göstərilib. Daha sonra yaralı xəstəxanaya aparılıb.

İşi araşdıran polis əməkdaşlarının verdiyi məlumata görə, gənc sürücü əmisinin avtomobilini icazəsiz götürübmüş. Avtomobilin çırpıldığı mebel salonuna isə müəyyən miqdarda ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler