» » Lənkəranskidən “oğru” adı alına bilərmi?-

Lənkəranskidən “oğru” adı alına bilərmi?- Açıqlama

Bölmə: Kriminal, BLOK XƏBƏR
Lənkəranskidən “oğru” adı alına bilərmi?-Rövşən Lənkəranskinin “qanuni oğru” titiulundan məhrum edilməsi ilə bağlı yayılan məlumat mediada və oğru aləmində bomba effekti yaradaraq bir çox müzakirələrə səbəb olub. Belə ki, İrəvanda yanvarın 6-da baş tutan son illərin ən böyük “oğru sxodkası”nda verilən qərarlardan biri də azərbaycanlı “vorzakon” Rövşən Canıyevlə bağlıdır.


qafqazinfo-ya Rövşən Lənkəranskinin yaxın çevrəsindən sözügedən “sxodka”da baş verənlərlə bağlı maraqlı məlumat daxil olub. Məlumatda bildirlir ki, Rövşən Lənkəranskinin titulunun alınması söhbəti yalandır. İrəvana yığışan avtoritetlər 2008-ci ildən başlayaraq “qanuni oğrular”ın sayının sürətlə artması məsələsini müzakirə ediblər. Məşhur avtoritet Şakro Molodoy isə həmin ildən, yəni 2008-ci ildən bu sahədə özbaşınalığın olduğunu deyib. Nəzərə alsaq ki, Rövşən Lənkəranski 2001-ci ildə “oğru” statusu alıb. Deməli, bu qadağanın onunla heç bir bağlılığı yoxdur. Çünki dünənki sxodkada 2008-ci ildən sonra “tac” almış “oğru”ların titulu sual altına alınıb. Ümumiyyətlə, orada Lənkəranskinin adı çəkilməyib və onunla bağlı heç bir müzakirə aparılmayıb.

Digər tərəfdən isə Tiflisdə anadan olan, əslən yezidi kürd olan Zaxari Kalaşovun (Şakro Molodoy) özü Rövşən Lənkəranskiyə yaxın sayılır. Onunla Lənkəranskinin münasibətlərinin yaxşı olduğu isə oğru aləmində heç kəsə gizli deyil.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler