DataLife Engine > Köşə > QƏRİB DIYARDA DAŞLAŞAN RUHUN FƏRYADI

QƏRİB DIYARDA DAŞLAŞAN RUHUN FƏRYADI


19-07-2014, 15:16. Yerləşdirdi: Tural QƏRİB DIYARDA DAŞLAŞAN   RUHUN FƏRYADI
(Siyasi-fəlsəfi pomflet)
Yazıçı-Publisist Məmməd Əlizadə

Bizlərə, Azərbaycanlılara, Türk dilli millətlərə Allah hər şeyi nəsib edib.
Bizləri bir araya gətirməyi bacaran, ətrafında toplayan qüdrətli dövlət lazımdır. Mən, deyərdim ki, o dövlət sözün tam mə”nasında Azərbaycandır. Niyə? Ona görə ki, Azərbaycanın o biri türk dilli millətlərə görə problemi demek olar ki, yox dərəcəsindədir.
Bu zaman, bu yazını oxuyan hər kəs Qarabağ problemini ortaya atacaq və deyəcək ki, bundan böyük problemmi olar?
Bir daha da qeyd etmək istəyirəm ki, bu bizlərin əl – ayaqına dolaşan problem deyil. Niyə? – ona görə ki, bizim insanlığa olan səmimi münasibətlərimizdən, ermənilərə 100 – illərlə “can” – demişik, kirvə etmişik, “xanımlarını” alıb arvad etmişik, indi onlardan nəvə - nəticələrimiz var, onlarında o tayda nənələri, babaları, dayıları, bibiləri və s. vardır.
Ulu Öndər Heydər Əliyev çıxışlarının birində: - Mənim 40 min erməni gəlinim var! Dediyini siyasət dünyasının baş bilənləri yəqin ki, dərk edə bilmədilər?
Mən, bu problemi bir rak xəstəliyinə bənzədirəm ki, o çoxdan Azərbaycan torpağına düşüb və kök ataraq şaxələnib və bu şaxələr çox dərinliklərə gedib.
Biz, Ulu Öndər deyərək, dahi siyasətçimizi dünya siyasəti adamlarının önünə çəkmişik. Əgər bu həqiyqətdirsə, bəs onda onun həll edə bilmədiyi bir siyasi məsələni kim həll edə bilər? Nə Minsk qrupu, nə Rusiya nə Amerika. Deməli, mənim təhlilim acıda olsa bir həqiqətdir. Kim bunu həll edəcəksə, O da, Tarixin yaddaşında Ulu Öndərlə qoşa dayanacaq...
Keçirəm mətləbə.
Azərbaycan alimləri Türkiyədə, Almaniyada, Amerikada, və s avropa ölkələrində elm sahəsində olduqca böyük işlər görürlər. Bunun bircə səbəbi var, bu ölkələr bizim elm adamlarımızı lazımınca qiymətləndirirlər və onlara yüksək əmək haqqı verməklə elmlərinə sahib çıxıb milyonları qazanırlar.
Məlumdur ki, elmdən gələn gəlir, neftdən gələn gəlirdən dəfələrlə çox ola bilər. Deməli, Türk dilli alimlərin Azərbaycanda Respublikasında Elmi mərkəzini yaratmaq mümkündür:
“Heydər Əliyev adına Türk Dilli elm adamlarının mərkəzi”
Belə bir mərkəzə mənim kimi birisi, xarici ölkədə çalışan, dünyada böyük hörmət sahibi olan bir alim rəhbərlik etməlidir. Niyə? Ona görə ki, elmin bütün sahələrinə aid perespektiv proqramım var idi, elm adamları qarşısında həll olunmalı sualları qoymağa qadir idim. O sualları ki, Türk dilli dövlətlərə iqtisadi gəlr gətirə bilsin, əgər iqtisadi göstəricilər aşağıdırsa və yaxud heç yoxdursa o zaman belə mərkəz heç kimə lazım gəlməz.
Türk dilli alimlərin Azərbaycan Respublikasında Elmi mərkəzinə hər yetən elm adamını da qəbul etmək olmaz. Hər hansı bir elm adamı bu mərkəzdə o zaman çalışa bilər ki, onun əlində hazır elmi – inkişaf proqramı olsun. Və onun həyata vəsiqə ala bilməsində çətinliklərlə qarşılaşıb.
Türk dilli alimlərin Azərbaycan Respublikası elmi mərkəzi elm adamına dövlətə verdiyi illik gəlirin ən azı 30% -na zəmanət vermiş olarsa, o zaman Azərbaycan Respublikasının Elm mərkəzinə dünyanın hər yerindən elm adamlarının axını başlanar.
Mən, bu müraciətimlə elmin bütün işlərdən vacibliyini irəli çəkməklə dövlətimizin təhlükəsiz gələcəyinin təbilini vururam. Elmi olmayan hər hansı dövlət, gec ya tez əsarət altına düşəcəyini tarixdən bizə bəllidir.
Səsimə - səs verin millətini sevənlər!
Aldı görək nə dedi: Ustad Məmməd bəy! Mən qürbətdən Fəryad edirəm. Papağını qoy qabağına yaxşı–yaxşı fikirləş, bu dünyanın heç nəyinə ehtiyacı olmayan bu qəribin nə işinə qalıb ki, bu millət necə tarac olacaq?
Qacar deyərdi: -Bu qılınc olmasa yeyərlər məni!
Mən deyirəm: - Elmimiz olmasa yeyərlər bizi!
Sən nə deyirsən?






Geri qayıt