DataLife Engine > Köşə > "Sən necə demisən, mən də elə geyinmişəm"

"Sən necə demisən, mən də elə geyinmişəm"


15-08-2016, 22:32. Yerləşdirdi: Tural "Sən  necə demisən, mən də elə geyinmişəm"
"Sən necə demisən, mən də elə geyinmişəm"
Hekayə.
Ağababa İbrahimov.

Xalqinfo.az üçün
- Salam, xoş gördük səni. Nə vaxt gəlmisən?
- Salam. Sağ ol, dünən gəlmişəm.
- Dərslərin necədir, imtahanları necə verdin?
- Yaxşı, hamısı dörd-beş. Zərbəçi əqaüdünə düşdüm.
- Təbrik edirəm, sevindirdin məni...
Beləcə söhbət edə-edə Naxçıvan şəhərindəki məşhur Böyük bağa gəlib çatdıq. Çay sifariş verib, əyləşdik. Mən də görüşmək istədiyim qohumları xəbər almağa başladım. uşaqlıqdan söhbətimiz tutan və dostluq elədiyim qohumlarımdan birini soruşdum. Bibinəvəsi Rövşənin hamı ilə sıx ünsiyyətdə olduğunu bildiyim üçün əmin idim ki, təzə məlumatları yalnız ondan almaq olardı. Həm də kəndə gəlməyimi əvvəlcədən xəbər vermişdim. soruduğum adamın məni gələn kimi axtarmamasının səbəbi olmalı idi. Rövşən bir anda ciddiləşdi, üzündə azca kədər hiss etdim.
- Onun başı bir az qarışıqdır.
Mən sual verməyə ürək eləmədim. Sakit-sakit çayımızı içməyə başladıq. Rövşən armudu stəkanı nəlbəkiyə qoyub, üzümə baxdı. özünə də, mənə də çay süzüb sakit səslə dedi:
- Ağabba, bilirəm tayfamızda onu hamıdan çox istəyirsən. Həqiqətən də o qohum-qardaşa çox canıyanandır. Necə deyim sənə, ailəsində bir az problem yaşanıb. Bilirsən də, onun arvadı axı rus idi.
- Niyə idi, o nə deməkdir, deyə onun sözünü kəsəsi oldum.
- Hə də rus idi. Onlar boşandılar, dünən məhkəmə qərarını elan etdi. Qadın uşaqlarını da yanına alıb, Rusyaya köçür, o da onlarla gedir.
- Birdəfəlik?
- Yox, özünün dediyinə görə aparıb yan-yüng edib geri dönəcək. Bir az bundan əvvəl onları qatarla yola saldım.
-Məncə onlarda münasibətlər yaxşı idi, mehribançılıq idi. Valideynləri də gəlinlərini məscidə aparıb müsəlman eləmişdilər. Qadın da həyatından razı idi.
- Hə, elə idi, bu yayadək.
- Gəldikləri heç bir il də deyil.
- Doğrudur. Hadisələr elə gözlənilməz və elə sürətlə oldu ki, qohumlar məsləhət belə verməyə cürət etmədilər.
- Axı nə baş verib, danışsana.
O danışdıqca mən haldan-hala düşürdüm. Vəziyyəti tam təsəvvür edirdim. Bəli, qadının boşanmaqdan başqa çarəsi yox idi. O isə ahıl yaşlı valideynlərini arxasız qoyub yenidən Rusiyaya köçə bilməzdi.
Ey gidi dünya! Sənə nə deyim,... nər kimi kişini yaman pis yerdə haxlamışdı.. Onu qınamadım. Qınamağa da haqqım yoxdur, sadəcə ailələrin dağılması həmişə qəlbimi incidir. hadisə belə olubmuş. O valideynlərinin onu vətənə səslədiyini arvadına danışır. Arvadı razılıq verir. O arvadına deyir ki, bəs ən orda gərək həmişə ayaqlarına uzun corab geyməlisən, başını da həmişə bağlamalısan. Arvadı ərinin şərtlərini rahat qəbul edir, deyir burda nə var ki, edərəm. Naxçıvana köçəndən sonra İşlər yolunda gedirmiş, qonum-qonşu ilə mehriban münasibətlər var imiş. Ta isti yay günləri başlayanadək. Qohumumun evi məhəllənin ağsaqqallar toplaşan tərəfində idi. günorta məhəllənin ağsaqqalları onların divarlarının gölgə düşən tərəfində yığışardılar, çay içərdilər, eşitdiklərini bölüşərdilər. Həyətin divarı çox da hündür olmadığı üçün həyətdə nə varsa göz qabağında idi. İyulun ortalarından havalar kəskin qızmağa başlayır. şimaldan gəlmiş xanım istilərə dözə bilmirmiş. Belə günlərin birində rus gəlin ərinə söz verdiyi kimi uzun corablarını geyinir, başını da bağlayır, ... həyətə çıxır.
Qaynatası həyətə çıxanda gəlini bu geyimdə görüb, çəld geriyə dönüb, vay-vay,biyabır olduq deyir və evə girir. Məhəllənin ağsaqqalları gəlib kişini səsləyəndə gəlini bu vəziyyətdə görüb hamısı evlərinə dağılışırlar. Günorta nahara gələn qohumum məhəllədə ağsaqqalları görməyəndə fikirləşir ki, yəqin kimdəsə yas düşüb. Həyətə girir. Onu ilk qarşılayan bacısı olur.
- Salam. Bacı məhəllədə yas var?
- Yox.
- Atam hardadır?
- Evdə.
- Evdə? Bu istidə evdə niyə oturub, həyətdə niyə oturmayıb?
- İndi özün görəcəksən, bacısı bir az acıqlı səslə qardaşıgil qalan otağa tərəf baxır.
Bu dəmdə xanımı qeyd etdiyim vəziyyətdə əlində süpürgə otaqdan həyətə çıxır. Arvadını bu vəziyyətdə görən qohumum işin nə yerdə olduğunu anlayır.
- Arvad, bu nə geyimdir?
Arvadı üst-başına nəzər yetirib, təəccüblə ərinin üzünə baxaraq,
- Geyimimə nə olub, sən necə demisən, mən də elə geyinmişəm, ayağımda uzun corab, başımda da yaylıq.
- Bəs üst geyimin hanı ?
- Sən deməmişdin axı, üst geyimləri soyunmaq olmaz . Hava çox isti olduğu üçün onları çıxartmışam...
Geri qayıt