» » Belə də qisas olarmı ? Ağababa İbrahimov

Belə də qisas olarmı ? Ağababa İbrahimov

Bölmə: Köşə
Belə də qisas olarmı ? Ağababa İbrahimov
Hekayə.
"Bu yuxular mənim axırıma çıxmasa yaxşıdır."
Toya başı bəlalı dəvət.
-Salam Ağababa müəllim.
-Salam.

Hal əhvallaşandan sonra, tanışım, daha doğrusu köhnə iş yoldaşım məni böyük qızının touna dəvət etdi. Yaxşı insandır, lakin ondan bir qədər qəzəbli olduğum üçün könülsüz gələcəyəm dedim, amma telefonu qapayandan sonra bir qədər də fikirləşəndən sonra hökm verdim: "Getməyəcəyəm"!
Hadisələr elə sürətlə cərəyan edirdi ki, toy vaxtı heç yadıma da düşmədi, kin saxlayan olmadığım üçün yadıma düşsəydi bəlkə də gedərdim. Bir də toy haqqında Şamaxıda olanda xatırlayası oldum. Kaş heç məni toya çağırmayaydı, deyərdim ki, mənə saymazlıq eləyib, amma ki, həyət öz düzəlişlərini edir, kimsəyə məhəl qoymadan....
Ezamiyyə.
Avqust ayının sonları idi. Təhsil Nazirliyindən Ağsuya ezam edilmişdim. Təbiəti Naxçıvanın təbiətinə yaxın olduğu üçün hər fürsətdə Şamaxıya tez-tez gedirəm. Bu dəfə də imkanı qaçırmadım, işdən çıxan kimi evə gedib, lazımi əşyalarımı da qablaşdırıb, gec olsa da yola düşdüm. Gecəni Şamaxının Nağaraxan kəndində qaldım və səhər tezdən müəllimlərin avqust konfransında iştirak etmək üçün Ağsuya getdim. Konfrans başa çatandan sonra yenidən Nağaraxanaya qayıtdım.
Bakıya hazırlıq.
Qonşumla razılaşdıq ki, tezdən onun Bakıda yaşayan oğlunu da götürüm. Sağollaşıb evimə qayıtdım. Hava əla idi, hər yerdə sakitlik hökm sürürdü, arada bir evin aşağısından quşların səsi eşidilirdi. Nağaraxananın mən olan yerinin havasından heç yerdə olmaz, cənnət havasıdır. Dəfələrlə şahidi olmuşam ki, ora nasaz gələn bir çox tanışım axşam yatıb, səhər özləri etiraf ediblər ki, xəstəlikdən əsər-əlamət qalmayıb.
Aysız gecə çox sakit idi. Sevinirdim, sevinirdim ki. külək yox, maşın səsi yox, hava sərin, tək, ləzzətlə yatacağam. Yerimə uzanmağımla yuxuya getməyim bəlkə də bir-iki dəqiqə çəkmədi. Amma fələk mənə növbəti "sürpriz"ini hazırlamışdı, özü də necəsini. Ürəyim istəyən qədər yata bilmədim...
Bu nə yuxudur belə?
Qaranlıqda həyət evi güclə sezilir, həyətin darvazası açıqdır, darvazadan həm həyətin girəcəyinə, həm də küçəyə tərəf solğun işıq düşür, ətrafda kimsə görünmür. Bir azdan hava işıqlanmağa başlayır. Mən maşınıma əyləşib şəhərə doğru hərəkət edirəm. Yolun kənarı ilə biri beş-altı yaşlarında ,o biri 3-4 yaşlarında olan iki qız uşağı diqqətimi çəkir. Yaxınlaşanda məni toya dəvət edən iş yoldaşımın qızlarını tanıyıram. Böyük bacı kiçik bacısının əlindən tutmuşdu. Onlar yoldan bir az da kənara çəkilib maşına yol verdilər. Mən maşını əylədim və mehriban təbəssümlə:
- Sizin evin yanından keçəcəyəm, gəlin sizi evinizə qədər aparım.
Bacılardan böyüyü balaca bacısını arxsına tərəf çəkdi və səsinin tonunu bir az da yüksəldərək acıqlı-acıqlı:
- Xeyir, biz səninlə getmirik dedi.
Onun mənimlə qəzəbli danışmağına təəccübləndim. Fikir məni götürdü ki, bu qız mənimlə niyə belə danışır. Nəsə demək istəyirdim ki, yuxudan ayıldım. Səhər açılmamışdı. Nə qədər yerimdə eşinsəm də daha yata bilmədim. Daha mənsaı yoxdu, yata bilməyəcəkdim. Alatoranda düşüb həyətdə gəzişməyə başladım. Hey öz-özümə deirdim, bu nə yuxuydu, o qız niyə mənə belə cavab verdi? Toy da yadıma düşmürdü...
Yolçu yolda gərək.
Səhərin gözü açılan kimi gedib qonşunu oğlunu da götürüb Bakıya doğru yola çıxdıq. Maşında yuxumu ona da danışdım və qeyd elədim ki, yuxumda qız uşağı görəndə həmişə başım bəlalar çəkir, ölüm-itim olmasa da ziyanlıq olur. O heç nə demədi, sadəcə gülümsədi. Əngəxarana çatanda maşını kəndin içindəki gur sulu bulağın başına sürdüm. Sərin bulaq suyu ilə üz-gözümü yaxşıca yudum, doyunca sudan içdim və lənət şeytana deyib yenidən yola düzəldik(hərçəndi burda şeytanlıq bir iş yox idi)....
Təhlükə hər addımda.
Şamaxıya çathaçatda arxadan bir jiquli maşınının az qala bizi vurdmaqda olduğunu gördukdə, öz maşınımı sürətlə yolun lap kənarına çıkdim. Yiquli keçib gedəndən sonra maşını saxlayıb bir az gözlədikdən sonra yola davam dedik. Mən elə hey təkrarlayırdımki, xəta gəlir, xətanı ruhumla, canımla hiss edirdim. Şamaxı şəhərindən Sabirkəndə qədər rahat gəldik. Qarşımızdan gələn daş kərpiclə dolu kamaz markalı yük maşınlarının arxa sağ küncündə bir növ tarazlığı gözləmək üçün qoyulmuş dörd-beş daş diqqətimi çəkdi. Yol yoldaşıma o daşları göstərib, kamaz sürücülərini qınamağa başladım:
- Bunlar nə təhər adamlardır, dörd-beş daşla nə olacaq? Amma o daş arxa tərəfə düşsə arxadan gələn maşının qabaq hissəsini yaman günə qoyacaq, qarşı tərəfə düşsə, qarşıdan gələn maşınların qəzası qaçılmazdır.
Sabirkəndi keçəndən sonra sürəti artırdıq. Eynilə Şamaxıya çatanda jiquli necə bizi sıxışdırmışdısa, indi də üç müxtəlif markalı minik maşınları bizi sıxışdırmağa başladı. Mən döngələrin birində ət satılan yerə tərəf maşınımı saxladım. Yerə düşdüm, "sərnişinim" də düşdü. Gəl bir az quzu əti alım, həm də onlar getsinlər, bəlkə tələsirlər, qoy getsinlər, bizdən uzaq olsunlar, həm də daxilən hiss edirəm, xata gəlir.
Quzu əti qismət olmadı.
Ət satılan yerə yaxınlaşdıq. Qapı açıq, quzu ətləri də yan yana düzülmüşdü. Yer sahibini haylaya-haylaya, ətrafı gəzə-gəzə bir az aralıda dayanmış köhnə zil maşınına yaxınlaşdıq. Yer sahibi qapıları taybatay açıq zilin kabinəsində dev yuxusunda idi. Bizim səs-küyümüz onu oyatmamışdı. Onun şirin yatışına tamaşa eləyə-eləyə düşünürdüm, oyadım, ya oyatmayım. Üzümü sərnişinimə tutub dedim, insafdan deyil, belə rahat yuxudan onu oyadaq, gəl, gedək, yolda rast olar alarıq, olmaz, eybi yox.
Xəta başımızın üstündəymiş.
Yolumuza davam etdik. Aşırımı keçəndən sonra yenidən qarşımızdan Mişar daşları ilə ağzınadək üyklənmiş kamazlar keçməyə başladılar. Gülüstan yeməkxanasını təzəcə keçmişdik. Mən yenə də arxa sol tərəfdəki bir növ artıqdan yığılmış kimi görünən daşları göstərərək, belə də iş olar, bu daşlar tam təhlükə mənbəyidir dediyimlə qarşımda bəlkə də sonuncu kamazdan düşmüş daşı gördüm. Hadisələr ildırım sürətilə davam elədi. Maşını yığışdıra bilmədim, sürəti azaltsam da maşının daşın üstünə çıxmağı ilə asfalt yolda fırfıra kimi fırlanmağı bir oldu. Bəxtimizdən nə qarşımızdan, nə da arxamızca maşın gəlmirdi. Maşın fırlandıqca nə edəcəyimi düşünürdüm, daş fırlandıqca maşın da asfalta çırpılırdı deyə adama elə gəlirdi ki, maşının altında nə varsa paramparça olurdu. Əlimdən gələn sükanı söndürməyim oldu. Maşın köndələninə arxaya doğru yoldan çıxaraq un kimi torpağa oturdu. Bir müddət danışmadan bir-birimizin üzünə baxdıq. Asfaltdan maşına doğru qara mayenin izi aşkarca seçilirdi. Mən maşının partlaya billəcəyindən ehtiyat edirdim, həm də gənc qorxmasın deyə sakit səslə:
- Sənə bir şey olmayıb ?
- Yox.
- Düş qaç.
O maşının qapısını açıb on-on iki metr kənara qaçdı. Bir az gözləyəndən sonra mən də maşının qapısını açıb kənara qaçdım. İkimiz də maşının partlamasını gözləyən kimi mir müddət maşına baxdıq. Mən asfaltdan maşına tərəf uzanan qara mayeyə əlimi sürtüb iylədim, benzin yox , yağ iyi gəlirdi. Bir az rahatlandım. Bu arada yoldan keçən sürücülərin hamısı maşınlarını saxlayıb bizim köməyimizə gəldilər. Sağ olsunlar, bizə toxtaqlıq verəndən sonra köməkləşib maşını yolun kənarına çıxartdılar. O hadisədə bizə kömək edənlərdən kimsənin adını da bilmədik, fürsətdən istifadə edib onlara sayqılarımı yetirirəm.
Qansız-qadasız keçən qəzadan özümzüə gələ bilməmişdik. Maşınımdakı sudan içdik, üz-gözümüzü yuduq, sonra keçib yaxındakı ağacın kölgəsində əyləşdik. Özümüzə gələndən sonra nəyi necə edəcəyimizi götür-qoy elədik və yoldan keçən sürücülərdən kömək ümidi ilə yolun kənarında dayandıq.
Belə dəyərli insanlarımız var.
Maşın pis gündə idi deyə gəlnələr maşınlarını saxlayıb gücləri çatan köməkləri təklif edirdilər. Avromed şirkətinin cavan bir sürücüsü qoşqu kəmərini verdi, üzrxahlıq edib (baxın ha, həm kömək edir, həm də üzrxahlıq edir, bu o gəncin yüksək mənəviyyatının göstəricisidir) yoluna düzəldi. Bu dəmdə yanımızda bir opel vektra markalı maşın dayandı. İçindən üç gənc düşüb bizə yaxınlaşdılar. Söhbət əsnasında onların əslən Gürcüstan Azərbaycanlıları olduqlarını, Almaniyadan maşın gətirdiklərini öyrəndim. Bizə heç nə demədən volqa maşınını gözdən keçirdilər. Sonra onlardan yaşca böyüyü üzünü mənə tutub qoşqu kəmərini istədi. Mən bir onların maşınına bir də öz maşınıma baxıb, bu maşını necə dartacağı haqda düşünürdüm ki, gənc təkrar qoşqu kəmərini istədi.
- Qoşqu kəməriniz varmı ?
- Var, amma bu maşınla onu necə dartacaqsınız.
- Sizi burda, bu istidə qoyub gedə bilmərik.
Onun qətiyyətlə dediyi sözlərdən sonra kəməri ona verdim və qeyd etdim ki, maşının karteli dağılıb, sükan yaxşı idarə olunmur. O mənə maşını necə idarə edəcəyimi izah edəndən sonra yola düzəldik.
Tanrının əli üstümdə imiş.
Cəngi aşırımına qədər yedəkdə gəldik. Aşırımın başında gürcüstanlı qardaşlar maşını saxladılar, hamımız düşdük. Maşını sürən üzünü mənə tutub dedi ki, aşırım həm hündürdür, həm də təhlükəli, sizin maşın ağırdır, bu sərt döngələri onu darta-darta maşın sürə bilmərəm. baxın özününz aşırımdan yensəniz yenə də sizi Bakıya qədər dartıb apararam. Nə deyə bilərdim, mənim maşınımın mühərriki işləmir, əyləc yox vəziyyətindəydi, xalxı təhlükəyə ata bilməzdim. Razılaşdım. Yanımdakı gənci onların maşınlarına əyləşdirib, əcdadlarımın ruhunu köməyə çağıraraq oturdum maşına. Cəngiyə yaxın benzindolmurma məntəqəsinə çatanda onların məni gözlədiklərini gördüm. Maşını saxlayıb yerə düşdüm. sürücü bir maşına baxdı, bir mənə və gülümsəyərək "Heç inanmağım gəlmir ki,siz bu maşınla o aşırımdan xatasış enə bilmisiniz. haqlı sözə nə deyəydim, sadəcə mən də gülümsədim, amma ürəyimdə"Tanrının əli hələ ki, üstümdədir" dedim.
Yolçu yolda gərək.
Gənclər yenidən bizi yedəyə aldılar. Gəncliyədək gətirdilər. Nə qədər elədimsə, məndən zəhməthaqqı almaq istəmədilər. Bir daha onlara minnətdarlığımı bildirib ayrıldıq. Qəzanın təsiri öz işini görürmüş, ayrılanda o gənclərin nə adlarını, nə də telefonlarını almamışdım. Qardaşım Azada xəbər verdik. O gəlib maşına baxandan sonra, bu maşını o cür dolanbac yollarda sürməyimin nə qədər təhlükəli olduğunu mənə izah etməyə başladı. Mənin isə onu dinləməyə halım yox idi, ona görə açarı ona verib xahiş elədimki, nə lazımdırsa etsin və taksi ilə evə getdim.
Belə də qisas olarmı ?
Olaylar məndə taqət qoymamışdı. Evə çatan kimi bir fincan çay içib yatağıma uzandım. Səhərisi günü günortaya yaxın oyandım. Hadisələri seriallarda olduğu kimi gözlərim önündə canlandırır, incələməyə çalışırdım. Hər dəfə özümə sual verirdim-qəzadan qaçmaq mümkün idimi, yoxsa qəza qaçılmaz idi? Qəza öncəsi qəflətən qarşımızdakı mişar daşını, mənim çaşqın halda gah arxaya, gah irəli, gah da yolun sağ tərəfindəki beton yol dirəklərinə baxmağımı xatırlaya-xatırlaya bir daha qəzanın qaçılmaz olduğu qənaətinə gəldim. Yenə tanışımın qızının acıqlı baxışlarını xatırlayanda onun toyuna getmədiyim yadıma düşdü. Həyatdır, nə desən olur, amma bəs mənim etdiyim yaxşılıqlar-ən çətin günlərində o ailəyə dayaq olmuşdum, bu idimi əvəzi? Bəli, bu qisas idi, mənim onlara elədiklərimin hamısı bir kənara atılmışdı, məndən haqsız və amansız qisas alınmışdı. Nə deyə bilərdim, olan olmuşdu. Toya getmədiyimə görə məni ölüm-dirim arasında qoymağa heç nə ilə haqq qazandırmıram.
Amma çox istərdim o xanımla göz-gözə gələndə soruşum: "Belə də qisas olarmı?"
Bakı-Şamaxı-Ağsu-Şamaxı-Bakı.

Xalqinfo.az üçün

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler