» » SALAM, ƏSGƏR ANASI-ÖTƏRXAN ELTAC

SALAM, ƏSGƏR ANASI-ÖTƏRXAN ELTAC

Bölmə: Köşə
SALAM, ƏSGƏR ANASI-ÖTƏRXAN ELTAC


Vətən məhəbbətli, yurd sevdalı həmkarım Təranə Fazilqızının oğlu Elnuru hərbi xidmətə yola saldıq. Təranə xanım da “əsgər anası“ kimi ali şərəfə nail oldu. Ananın əzəməti, qüruru gözlərindəki nisgili, baxışlarındakı kədəri silməyə çalışdı o gün. Əzəməti, mərdanəliyi qamətinin əyilməsinə razı olmadı. Oğul, “düşmən çəpəridir”-dedi. Mən də təbrik eləməyə çalışdım, sözlərin misralara çevrildiyindən isə sonra xəbər tutdum.

SALAM, ƏSGƏR ANASI

Necəsən, Turi-Səna, halı pəjmürdə xanım?
Gözünə qəm çilənib? yenə qəmdir cahanım
Elə ki, yer üzünə nazil oldu “Quran”ım
Haqqı öyrətdi bizə, oldu dərdin çarası
Salam, əsgər anası!

Etmə çox var-gəli sən, saçına düşsə də dən
Uyma boş xəyallara, sarsılma vəsvəsədən
Açılar nurlu sabah, qurtarrıq səksəkədən
Aləmə nur çiləyər yurdun aydın səması
Salam, əsgər anası!

Sən oğul böyütmüsən, məğrur, əyilməz, mətin
Baxışında əriyib asanlaşar hər çətin
Bir aydın sabahı var qaranlığın, zülmətin
O zülmətdə çin olar anaların röyası
Salam, əsgər anası

Sən oğul böyütmüsən vətənə arxa, kömək
Oğul səngərdədirsə vətən yaşayır demək
Bil ki, qalib çıxacaq vuruşsa da təkbətək
Çünki haqqa söykənib, haqq dərdinin davası
Salam, əsgər anası!

Sinəsində avtomat, tutduğu yol haqq yolu
Qoruduğu bu diyar qədim, uludan ulu
Əsrarəngiz meşəli, Kür-Arazlı, bolsulu
Bu yurd Odlar yurdudu, ay gözümün qarası
Salam, əsgər anası

Sülh olacaq cahanda, susacaq güllə səsi
Yayılacaq Şuşadan “Qarabağ şikəstəsi
Analara hədiyyə “Xarı bülbül” dəstəsi” -
Gələndə sağalacaq torpağımın yarası
Salam, əsgər anası!

Müstəqil ana yurdda kim keçirsə xidməti
Bu bir şandı, şərəfdi qorumaq məmləkəti
“Dünyaya sülh, hürriyyət!” budur əsgər niyyəti
Haqqın təməl daşıdır saf niyyətin mayası
Salam, əsgər anası!

Vətənə oğul gərək, düşmən yolun azanda
Sinəsin sipər edə, yağı sərhəd pozanda
Geyib əsgər paltarın Müqəddəs Ramazanda
Hifz eyləsin, qorusun, hər orucun duası
Salam, əsgər anası!

Əsgər anası oldun, çox ucaltdı ad səni
Gəlib təbrik eylədi qohum səni, yad səni
Müjdəni mən verəcəm, eyləyəcəm şad səni
Sən indidən hazırla, muştuluq-toy xonçası
Salam, əsgər anası!

Ordu zəfər çalacaq, Elnur dönəcək geri
Ya baş nazir olacaq, ya da paytaxtın meri
Dəf edəcək ölkədə bütün çətinlikləri
Evə gəlin gələcək bir sonalar sonası
Salam, əsgər anası!

Işğalda haray çəkir yurdum illərdən bəri
Ötərxan da itirib Laçın kimi gövhəri
Kim sevsə Allahını, tanısa peyğəmbəri
Namaz dadına çatar, abad olar yuvası
Salam, əsgər anası!
Salam, əsgər anası!!
SALAM, ƏSGƏR ANASI-ÖTƏRXAN ELTAC

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler