» » SİYASİ MƏSULİYYƏT


SİYASİ MƏSULİYYƏT

Bölmə: Köşə
SİYASİ MƏSULİYYƏT


Yazıçı-Publisist Məmməd Əlizadə

Hörmətli “Xalqinfo”-nun əməkdaşları, hörmətli Tural müəllim, son günlər mətbuatda Rəsul Quliyevin Şah ismayıl Xətai haqqında və sünni-şiə məsələsinə toxunması, tarixçi alimlərin cavab vermələri məndə bu esse və ya siyasi-fəlsəfi pomflet tipli yazını yazmaq qərarıma rəvac verdi. Hesab edirəm ki, vətəndaş-şəxsiyət anlamının mahiyyətini dərk etmək üçün anlaşılan bir cavabdır.

Siyasət—əsl həqiqətdə ağıllı beyinlərin qarşılaşdığı idealoji mübarizə meydanıdır. Bu zaman ən güclü mühakimə, məntiqli söz demə və beynin fəallığı mühüm rol oynayır. Burada sözsüz ki, xüsusi dözüm, səbr, təmkin, qavrama hallarına da riayət edilir.
Siyasət ağılların, düşüncələrin qarşı-qarşıya dayanma meydanıdır. Xalqın hikmətlərindən bacarıqla istifadə edən şəxsiyyətlər bu meydanlarda qalib olurlar.
Siyasət dərin incəlikləri ilə dövlətçiliyi dərk etməyə xidmət edir. Dövlətçiliyin sirlərini bütün incəlikləri ilə qavramaq isə müdrik düşüncə, ehtiyatlı davranış, qarşısındakının zəkasının nəyə qadir olduğunu dərk etmək məsuliyyəti ilə şərtlənir.
“Məsuliyyət” anlayışı bəşəriyyət bina olandan bəri özünə fəlsəfi, siyasi və vətəndaşlıq statusu qazandıra bilmişdir. Bununla belə, onun etimalogiya tarixinə qıssa nəzər yetirsək deyə bilərik ki, bu terminin pərvərişi biləvasitə ailədən başlayır. Atanın - Evin başçısı kimi, ananın, evin xanımı təki və övladların övladlıq borclarının nədən ibarət olduğunu dərk etmək məsuliyyətləri ən başlıca amillərdən, şərtlərdən biri hesab olunur.
Bu, ibtidai məsuliyyət cəmiyyətin müxtəlif sosial təbəqələrində görünənlərin məsuliyyəti qədər əhatəli olur və diqqəti cəlb edir.
...Dövlətçilikdə dövləti idarə edən başçının məsuliyyəti isə millət, vətən, xalq, cəmiyyət qarşısında özünün həqiqi təsdiqini tapır. Burada sözsüz ki, siyasi məsuliyyət yeganə olaraq güclü, iti ağıldan, dərin dərrakədən, hərtərəfli, dərin zəkadan güc, qüvvət alır. Bu qəbildən sayılan amillər olmasa, siyasətin zərrə qədər incəliyi ilə tanış olmaq da qeyri - mümkündür. Yəni, siyasət işıqlı bəşəri ideyaları zərrə-zərrə qavramaqla, zəkanın gücünü duymaqla və fəlsəfi düşüncələrin qüdrətini dərk etməklə ölçülür və meyar olur. Milli vəümumi dövlətçiliyi qoruyub saxlamaq, onu qüdrətləndirmək strategiyasının özü də olduqca güclü siyasi məsuliyyət tələb edir.
Siyasi məsuliyyət milli ağlın, milli dərrakənin və milli qürurun təsdiqi ilə biləvasitə şərtlənir. Burada dünyanın qüdrətli zəka sahiblərinin qarşısında milli zəka ilə duruş gətirmək lazımdır ki, bu da daha böyük siyasi məsuliyyət tələb edir. Ona görə ki, böyük siyasət ağlı, düşüncəsi milli zəmində həyatda reallaşdırılır.
Siyasət dərin fəlsəfi, siyasi incəlikləri və məqamları ilə milli vəümumbəşəri dövlətçiliyi dərk etməyə xidmət edir. Dövlətçiliyin dərin, fəlsəfi sirlərini bütün, tam incəlikləri ilə qavramaq isə müdrik düşüncə, ehtiyatlı etik-əxlaqi və siyasidavranış, qarşısındakının zəkasının nəyə qadir olduğunu dərk etmək məsuliyyəti ilə şərtlənir.
Siyasət şahmat oyununa bənzəyən gedişləri qabaqlamaq və mat vəziyyətindən yaxa qurtarmaq kimi düşüncənin beyində inikasıdır.
Burada aqilliyi şərtləndirən amillər də xüsusi rol oynamaqdadır. Ona görə ki, aqillik mürəkkəb vəziyyətlərdən ani anda çıxmaq bacarığıdır.
Dünyanın güclü siyasi xadimləri, dövlət başçıları hansı siyasi lideri qəbul edirlərsə, bu, o şəxsə verilən qiymətlə yanaşı, həm də ona olan yanaşmanı dərk etmək bacarığı, qabiliyyətidir. Sözügedən məsələyə bu aspektdən yanaşma da siyasi məsuliyyət deməkdir.
Məsuliyyətsizlik biganəlikdir, səriştəsizliyin nəticəsidir. Səriştəsizliyin sayəsində buraxılan səhvlər ölkəyə, məmləkətə, bütövlükdə mütərəqqi bəşəriyyətə olduqca ağır nəticələrlə başa gəlir... Siyasi məsuliyyətin nə olduğunu qavramayanlar, onun əlifbasını belə bilməyənlər vətən qarşısında liderlik məsuliyyətinin, siyasi, fəlsəfi mahiyyətinin fərqinə varmazlar. Nəticədə ölkədə hərc-mərclik, xaos, anarxiya, özbaşınalıq tüğyan edər. Bütün bunlar, baş verənlərin məntiqi nəticəsində, zaman-zaman ərazisi, soy adı və milli, mənəvi, əxlaqi dəyərlərinə təcavüz olunmuş xalq və vətən məhvolma, qırılma və parçalanma təhlükəsi ilə qabaq-qənşər dayanar. Necəki, bizim timsalımızda bu baş verdi. Təssüf hissi ilə qeyd etmək olar ki, siyasi məsuliyyətin mahiyyətini dərk etmədən tarixi şəxsiyyətlər haqqında verilən qiymət vəşərhlər milli ədavətə, qarşıdurmaya aparan hallara rəvac vermiş olar. Bu, halın özü də siyasi məsuliyyət tələb edir. Okeanın o tərəfindən səslənən məsuliyyətsiz fikirlər Azərbaycan –İran, Azərbaycan–Türkiyə münasibətləri konteksində vətəndaşlar arasında fikir ayrılığı yaratmaq cəhdir.
Siyasi hakimiyyət uğrunda ardı-arası kəsilmədən amansız mübarizələr, didişmələr, ölkənin tükənməz maddi və mənəvi sərvətlərinin talan edilməsi, təcrübəsiz, səriştəsiz, qabiliyyətsiz və hazırlığı olmayan insanların hakimiyyətə gəlmələri nəticəsində ölkəmizdəki vəziyyət onu öz siyasi, iqtisadi müstəqilliyini və dövlətçiliyini itirmək təhlükəsi ilə üzləşdirdi. Azərbaycan, demək olar ki, ən ağır fəlakətlə üz-üzə dayandı. Sanki qarşısı alınmaz dilenmaya çevrildi.
Liderin siyasi məsuliyyəti onun əqidə bütövlüyü, dərin zəkası, xüsusi düşüncə qüdrətilə şərtlənir və işlədiyi çağlarda heç bir siyasi səhvə yol vermir. Bu isə, Onun mənalı ömür yolunda məğlubolunmazlığı və yenilməzliyi ilə təsdiqlənir.
Məlumdur ki, daxili sabitlik ölkədə hərtərəfli inkişafa yeni-yeni yollar açır. Daxildəki pozğunluq işləri isə qarmaqarışıqlıq salmaqla yanaşı, ölkədə inkişafa da ciddi əngəl törədir. Siyasi məsuliyyəti dərk etməyənlər təxribatın, təcavüzün mənbəyini, məqsədini də qavramaq iqtidarında olmurlar. Belə də deyək ki, vətən qarşısında məsuliyyətini dərk etməyənlər, vətəni odda-alovda yandıranlardan hali olmayanlar ölkədə hakimiyyətə gəlmək - prezident olmaq istəyir. Nəticədə fəlakətlərin vüsət almasına zəmin yaradır.
Belə deyə bilərik ki, siyasi məsuliyyət vətənin xoşbəxt gələcəyini təmin etməyə qadir olan siyasi əqidəni duymaq və ona dəstək verməkdir.
Xalq siyasi məsuliyyətini vətən, xalq və dövlət qarşısında hiss edərək, məmləkətin əqli baxımdan intenlektual potensial gücünü dünyada təsdiqləyən müdrik dövlət adamını Vətənin xilaskarı kimi qəbul edir və vətənin xoşbəxt, parlaq gələcəyi üçün özündə siyasi məsuliyyəti dərk edən hər kəs liderin siyasi xətdini dəstəkləyir. Ona görə ki, lider vətən qarşısında özünün vətəndaşlıq borcunu məsuliyyətlə dərk edir və vətəni, milli qüruru dünyada siyasi əqidə bütövlüyü ilə təmsil edir.
Bir düşüncəyə də üstünlük verərək qeyd edək ki, siyasət 40 qapılı SİRR XƏZİNƏSİDİR. Onun qırx açarına sahib olmaq isə siyasət dünyasının bütün sirlərinin xiridarı olmaqla səciyyələnir. Qeyd etdiyimiz müstəqilliyi şəxsiyyət və milli dövlətçiliyimizin yaradıcı sintezində görmək vacib şərtlərdəndir. Onun qurucusu BÖYÜK RƏHBƏR - ULU ÖNDƏR Heydər Əliyev, davamçısı isə bütöv bir xalqın, millətin Lideri İlham Əliyevdir.

Şərh Yaz
ŞƏRH(10)

Əli Hesynli 3 iyul 2014 18:26
Görəsən bu yazıdan dərs almağı bacaracaqlamı. Sağ ol Məmməd müəllim.
Çit          1

Bəhrəm 5 iyul 2014 19:56
yazı insanı düşündürə-düşündürə güldürür. Başqa sözlı siyasətdən və tarixdən başı çıxmayanlara, söz demək xatirinə ağzına gələnləri danışmaq istəyənlərə cavabdır. öyrəniləsi cavabdır.
Çit          2

Elman 6 iyul 2014 16:49
Son aylarda Məmməd müəllimin üç yazısını oxudum. dəmək olar ki, üçü də xoşuma gəldi.
Çit          3

Niyazi Fətullayev 7 iyul 2014 17:23
Doğrudur siyasi məsuliyyət olmayan hər-hansı bir sahədə uğur, naliyyət, qələbə əldə etmək qeyri mümkündür.
Ən önəmli sahələrdən biri müasir Mediyadır. Məmməd müəllimin bu yazısı bizim mediyada yayılması minlərlə oxucunu sevindirəcək və marifləndirəcək. Yazıçıya öz təşəkkürümü bildirirəm.Sağ olsun.Allah köməyiniz olsun.
Bu imkana görə "Xalqinfo"-nun əməktaşlarına çox sağol deyirəm.
Çit          4

Arif 7 iyul 2014 19:07
"Xalqinfo" olduqca vacib olan məsələləri gündəmə gətirməsi uğurlu fəaliyyətin göstəricisidir. Müəllifə isə uğurlar. Sağ olsun.
Çit          5

Kərim 11 iyul 2014 22:08
Yaxşı, zamanında deyilmiş elmi, tutarlı yazıdır.

Bunu hər kəs oxumalıdır. bəyəndim

Doğrudur, kim olursan ol, məsuliyyətin olmalıdır.

Məktəbdə şagirdlərimə də oxumalarını tövsiyə etdim. Öyrəniləsi çox mətləblərə toxunur. Bəli, belə yazılar cəmiyyətə, gənclərə çatdırılmalı və izah edilməlidir.
Çit          6

Akif 16 iyul 2014 22:13
Əla yazıdır. xosuma geldi.
Çit          7

İsmayıllıdan Cavid 1 avqust 2014 20:50
Məmməd müəllimin yazılarını İsmayıllılar böyük maraqla izləyirlər. Bu sayt cox maraqlıdır.
Çit          8

Marif 18 oktyabr 2014 22:27
Əhsən Məmməd müəllim, tam zamanında.
Çit          9

StephenHome 6 sentyabr 2016 10:26
Дрынь-Дрынь, с вами снова я
Кстати, а вы знали проц такой сайт?
---------------------------------------

кредиты онлайн Украина без справки доходах

---------------------------------------
Вы читаете меня?



xsd чем открыть


---------------------------------------
А вам надоели пресловутые комары? Скажите


звукоизоляционные панели купить

---------------------------------------
Почитайте мои ссылочки, может вам пригодится?

fifa manager

--------------------------------------
Всего Всего вам, дорогие мои гости и читатели

Труба титановая

Более я вам ничего не скажу
Çit          10

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler