» » Qızıldan qiymətli üç söz- Ağababa İbrahimov

Qızıldan qiymətli üç söz- Ağababa İbrahimov

Bölmə: Köşə
Qızıldan qiymətli üç söz- Ağababa İbrahimov
Xalqinfo.az üçün
Ağababa İbrahimov
Qızıldan qiymətli üç söz.
Hekayə


"İnsanlar belə sadə və aydın danışsaydılar, xariqələr yaradardılar"...
Gecə çox rahat yatmışdım. İlahi varlıq yuxuma gəlib, Tanrımın növbəti tapşırığını mənə söylədi. "Qarpızdan vaz keç!"
Yuxudan həmən ayıldım. Gün bir boy qalxmışdı. Gümrah idim. Yuxuda ilahi varlığa "hə" desəm də, ayılandan sonra yuxumu bir daha xatırlayıb gülümsədim. "Vaz keç, vaz keçim də". Vaz keç ifadəsi mənim danışığımda olmadığı üçün bir az düşünəsi oldum.
"Bu necə tapşırıqdır? Niyə vaz keçim? Neçə müddətdir qarpız yeyirəm, çox vaxt da rayonlara gedəndə özüm bostançıya seçib yığdırıram. Nəvəm İbrahim bizə gələndə hətta iki-üç qarpız kəsirdik. İşlər də yolunda. O qədər çox qarpız alırdım ki, evə başqa meyvə də ala bilmirdik".
Əl-üzümü yuyandan sonra, yuxunun təsiri altında evin girəcəyinə yaxınlaşdım. Sonuncu dəfə Siyəzəndən aldığım qarpızlardan dördü hələ kəsilməkllərini gözləyirdi. Qarpızlara toxunmayıb geriyə, mətbəxə qayıtdım.
Adətimin xilafına bu dəfə yuxumu heç kimə danışmadım. Beynimdə bircə fikir vardı, "Vaz keç" , "Vaz keç", ...
İşlərimi qaydaya salıb axşam evə gələndə yenə də tərəddüd içində qarpızlara baxa-baxa qaldım. Həmin günüsü qarpız yeyəsi olmadıq. Onsuz da mən kəsməsəm, kimsə qarpızı kəsən deyildi.
Bir gün beləcə kedi. Ertəsi günü qardaşım Azad bizə gəlmişdi. Vaxtı az olduğu üçün tez gedəsi oldu. Fürsətdən istifadə edib, qarpızların üçünü ona verdim. Yuxumu xatırlayıb xahiş etdim ki, qarpızın necə çıxdığını mənə zəng edib deyərsiniz.
Qarpızın birini də saxladım və ürəyimdə, "bunu da yeim, eybi yox, bu il vaz keçərəm, daha qarpız almaram", deyə özümü sakitləşdirirdim.
Azad gedəndən sonra yerdə qalan qarpıza baxıb bu dəfə də onu kəsməyə cəsarət etmədim. Ertəsi günü qarpızı kəsmək üçün gətirdim və yuxumu evdəkilərə danışdım. Sonra gülə-gülə dedim: "Gəlin bunu da yeyək, söz verirəm, bu il daha qarpız almayacağam".
Beləcə qarpızı kəsdim, parasını yedik, digər parasını da həmişə olduğu kimi soyuducuya qoyduq. Axşam gəzintisindən evə qayıdanda yenə könlümdən qarpız keçdi. Qalan parasından bir dilim kəsib yedim və yatağıma uzandım. Bir azdan halım xarablaşmağa başladı. Evdəkiləri rahatsız etməyim deyə, o biri otağa keçdim. İlan vuran yatdı, mən yata bilmədim. Səhərədək əzrayılla çiling-ağac oynadıq, nə qədər su, ayran içmişəm, bir Allah bilir. Nə isə, İki gün cəhənnəmi dirigözlü gördüm.
Sağalandan sonra gülümsəyib, pıçıldadım. "dedi axı vaz keç!"
Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler