» » “İnsan ömrü gül qədərdir…”-Azər Allahverdiyev

“İnsan ömrü gül qədərdir…”-Azər Allahverdiyev

Bölmə: Köşə
“İnsan ömrü gül qədərdir…”-Azər Allahverdiyev

Bəzən olur ki, düşüncələr məni ötənlərə qaytarır.
Bizim evin yaxınlığında bağça var idi, anam əlimdən tutub məni bağçaya aparardı, bağçanın qapısından ötürüb geri dönməki istəyəndə anamın əllərini buraxmırdım, ağlayırdım. Gözümü açandan evdə anamı, birdə bacımı görmüşəm, atam dünyasını dəyişib. Düşünürəm o çətin zamanlarda mən valideyin olsaydım heç inanmazdım ki, bu uşaqlar böyüyəcək, həyata addım atacaqlar.
Ailədə valideyinlərin birinin olmayanda, o ailənin uşaqlarının böyütməsi, həyatda layiqli övlad yetişməsi çox çətindir. Bəzən olur ki, şair Nüsrət Kəsəmənlinin “Bizim evdə, biri vardı, biri yox” şerinə qoşulan nəğmə səslənəndə tənhalığa çəkilib göz yaşımı kipriyimin üstündə saxlayıram.
O yaşadığım illər bir göz qırpımında gəlib keçib…
İnsan doğulan gündən ölümə doğru bir addım atır, həyat şamdır hissə-hissə əriyir, həyat güldür səhər-səhər təzətər dərirsən, zaman keçdikcə gül solur. Ancaq mənə çox müəmmalıdır ki, axı o şamı, o gülü insan düzəldir, insan ömrünü öz əli ilə əridər, ya gülə bənzədib soldurar?
Səhər-səhər bağcamızdan gül dərdim, ətrini qoxladım, məni o gül yenə ötənlərə qaytardı, o qoxu onun qoxusuydu, yenə əvvəlki tək tzətər qoxuyurdu.

Bağçamızdan səhər dərdiyim bir dəstə gülü suya qoyub işə getmişdim, işdən evə, nahara dönəndə gördüm ki, dərdiyim güllər solub, əvvəlki qoxusu yoxdur. Artıq bir daha dərk etdim ki, insan ömrü də gül kimidir bir zaman təzətər qoxusada, zaman keçdikcə solur.
İnsan ömrü gül qədərdir…

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler