DataLife Engine > KİTAB ALƏMİ, BLOK XƏBƏR, MANŞET > “Turan yolçusu” və “Aşk yolçusu” - Təqdimat

“Turan yolçusu” və “Aşk yolçusu” - Təqdimat


27-11-2017, 21:42. Yerləşdirdi: sefa “Turan yolçusu” və “Aşk yolçusu” - Təqdimat
Türkiyənin Elağız vilayətində millət vəkili Qənirə Paşayevanın yeni çapdan çıxan “Turan yolçusu” və “Aşk yolçusu” kitablarının təqdimatı və imzalanma mərasimi keçirilib.

Xalqinfo.az xəbər verir ki, Elazığ Mədəniyyət Mərkəzində keçirilən mərasimdə bir çox ziyalılar, gənclər və jurnalistlər iştirak ediblər. Tədbirdə iştirak edənlərə və media mənsublarına təşəkkür edən millət vəkili özəlliklə gənclərin imza mərasiminə qatılmasından məmnun olduğunu deyib. Bu kitabların gənclərimiz arasında türk dünyasını daha yaxşı tanımağa öz töhfəsini verə biləcəyini deyən millət vəkili daha sonra kitablarını oxucular üçün imzalayıb, gənclərin müəllifi olduğu kitablarla bağlı suallarını cavablandırıb.

Qənirə Paşayeva noyabr ayının sonuna doğru Türkiyənin daha iki vilayətində Düzcə və Samsunda da kitabların təqdimat və imzalanması üçün dəvət aldığını və iştirak edəcəyini söyləyib./Kult.az

“Turan yolçusu” və “Aşk yolçusu” - Təqdimat
“Turan yolçusu” və “Aşk yolçusu” - Təqdimat
Geri qayıt