DataLife Engine > KİTAB ALƏMİ, MANŞET > Bayağı musiqidən çək bizi muradə yetir- VÜSAL HİCRANOĞLU

Bayağı musiqidən çək bizi muradə yetir- VÜSAL HİCRANOĞLU


24-10-2016, 23:55. Yerləşdirdi: Tural Bayağı musiqidən çək bizi muradə yetir- VÜSAL HİCRANOĞLU

İKİLİKLƏR
Əzəldən belədir dünya təməli,
İnsanı ucaldar onun əməli.

Paxıllıq, rəzalət hamısı əbəs,
Hörmətə layiqdir adil olan kəs.

Çalış ki, vaxtını ötürmə hədər,
Ötən hər anına ver qiymət, dəyər.

İnsanın kimliyi sözündən bəlli,
Əməllə verərsən qəlbə təsəlli.

Hökm etsə dünyada pislik, cəhalət,
Məhvə sürüklənər , insanlıq əlbət.

Özgə bostanına daş atsan əgər,
Qayıdıb axırda özünə dəyər.

Həyatda pisliyi etməyə nə var?
Çalış, axirətə yaxşı ad apar.

Yer üzrə ədalət olsa bərqərar,
Bütün insanlar da səadət tapar.

DAĞLAR

Bu qədər cahü-cəlal hardan alıbdır dağlar,
Sanma ağ saçlı görürkən qocalıbdır dağlar.

Zirvəsiylə yetişibdir göyün ənginliyinə,
Yerə möhkəm kök atıbdır, ucalıbdır dağlar.

Toxunub zirvəsi ilə deşərək sinəsini,
Buludun göz yaşı ilə qaralıbdır dağlar.

Gözləyir dostları, göz yolda, durub lal, dinməz,
Qoca şair kimi san fikrə dalıbdır dağlar.

İtirib Cəfəri, həm nakam olan Müşfiqini,
Həsrətin rəng ilə, bax saralıbdır dağlar.

Şair övladınız əsla sizi yaddan silməz,
Ta sizə mehr Vüsal, çünki salıbdır, dağlar

*****

Keçirək xoş,yetişib vəqt, hər saatımızı,
Tarzən,şur ilə çal sirli muğamatımızı.

Tanrının sayəsi altında bir az fikrə dalaq,
Yaşadaq xatirimizdəki xatiratımızı.

Bayağı musiqidən çək bizi muradə yetir,
Nola məna qataraq qoy sevək həyatımızı.

Var onun fərqinə,Allahı sevərsən,ey dost,
Odur heyrətdə tutan həm bu kainatımızı.

Ey Vüsal, xoş söz ilə məclisə zinət gətirək,
Tar, kaman ilə edək qeyd toy-büsatımızı.

Vüsal Hicranoğlu xüsusi olaraq Xalqinfo.az xəbər portalı üçün
Geri qayıt