“Turan yolçusu” və “Aşk yolçusu” - TəqdimatTürkiyənin Elağız vilayətində millət vəkili Qənirə Paşayevanın yeni çapdan çıxan “Turan yolçusu” və “Aşk yolçusu” kitablarının təqdimatı və imzalanma mərasimi keçirilib. Xalqinfo.az xəbər verir ki, Elazığ Mədəniyyət Mərkəzində keçirilən mərasimdə bir çox ziyalılar, gənclər və jurnalistlər iştirak ediblər. Tədbirdə iştirak edənlərə və media mənsublarına təşəkkür edən millət vəkili özəlliklə gənclərin imza mərasiminə qatılmasından məmnun olduğunu deyib. Bu kitabların gənclərimiz arasında türk dünyasını daha yaxşı tanımağa öz töhfəsini verə biləcəyini deyən millət vəkili daha sonra kitablarını oxucular üçün imzalayıb, gənclərin müəllifi olduğu kitablarla bağlı suallarını cavablandırıb. Qənirə Paşayeva noyabr ayının sonuna doğru Türkiyənin daha iki vilayətində Düzcə və Samsunda da kitabların təqdimat və imzalanması üçün dəvət aldığını və iştirak edəcəyini söyləyib./Kult.az |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|