» » Azərbaycanlı yazıçı kitabını Ərdoğana təqdim etdi

Azərbaycanlı yazıçı kitabını Ərdoğana təqdim etdi

Bölmə: KİTAB ALƏMİ
Azərbaycanlı yazıçı kitabını Ərdoğana təqdim etdi
“525-ci qəzet”in Türkiyə üzrə xüsusi müxbiri, yazıçı-publisist Aydın Ağazadə “Turkun böyük lideri- siyasi liderin portreti” kitabını Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edib.

AZƏRTAC xəbər verir ki, İstanbulda keçirilən beynəlxalq tədbir çərçivəsində haqqında yazdığı kitabı Prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim edən A.Ağazadə bu əsəri böyük bir sevgi ilə qələmə aldığını ifadə edib.

Çəkdiyi böyük əməyə görə səmimi sözlərlə müəllifə təşəkkürünü ifadə edən Prezident Rəcəb Tayyib Ərdoğan əsərin onda xoş təəssürat yaratdığını bildirib.

Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın möhkəm dostluq və qardaşlıq münasibətlərinə dair mühüm məqamların olduğu əsərdə müəllif Türkiyənin hazırkı prezidenti, türk və İslam dünyasının böyük liderlərindən biri olan R.T.Ərdoğanın siyasi liderliyə yüksəlişi, onun liderlik və şəxsi keyfiyyətləri, ölkədə apardığı islahatlar, o cümlədən seçki islahatları, Türkiyədə prezidentlik üsul-idarəsinin yaranması, məhz onun səyləri nəticəsində ilk dəfə olaraq prezidentin xalq tərəfindən seçilməsi, onun xalq arasındakı böyük nüfuzu və s. məsələlərdən bəhs olunur.

Faktlar və əsaslı mənbələrə istinadla yazılmış kitab elmi ictimaiyyət və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler