» » Romada Eldar Quliyevin kitabına təqdimat keçiriləcək

Romada Eldar Quliyevin kitabına təqdimat keçiriləcək

Bölmə: KİTAB ALƏMİ
Romada Eldar Quliyevin kitabına təqdimat keçiriləcək
Noyabrın 11-də İtaliyanın paytaxtı Romada Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyevin “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” adlı kitabının təqdimatı keçiriləcək.

Xalqinfo.az xəbər verir ki, tədbirdə Vatikanın Bonifasiana Akademiyasının nümayəndələri tərəfindən professor Eldar Quliyevə bu akademiyanın həqiqi üzvü (akademik) diplomu təqdim ediləcək.

Həmçinin BMT-nin İctimai Mükafatlar üzrə Şurasının (UNCOPA) nümayəndəsi Azərbaycan Kooperasiya Universitetinin rektoruna “İlin kitabı” beynəlxalq mükafatını təqdim edəcək.

Xatırladaq ki, Eldar Quliyevin “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” adlı kitabı bu yaxınlarda BMT-nin İctimai Mükafatlar üzrə Şurası tərəfindən “İlin kitabı” adına layiq görülüb.

Kitab Avropa Təbiət Elmləri Akademiyasının qərarı ilə Almaniyada nəşr edilib.

Daha geniş məlumat noyabrın 11-də veriləcək.

Romada Eldar Quliyevin kitabına təqdimat keçiriləcək

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler