» » Araz Qurbanovun “Müsəlman ermənilər” kitabı təqdim olundu

Araz Qurbanovun “Müsəlman ermənilər” kitabı təqdim olundu

Bölmə: KİTAB ALƏMİ
Araz Qurbanovun “Müsəlman ermənilər” kitabı təqdim olundu
Bu gün Prezident yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) "Müsəlman ermənilər" Regionda geosiyasi oyunların yeni iştirakçıları" kitabının təqdimat mərasimi keçirilib.

SAM-IN Daxili siyadətin təhlili şöbəsinin aparıcı elmi işçisi olan Araz Qurbanovun müəllifi olduğu etnosiyasi oçerklər toplusunda Ermənistan Respublikasının Azərbaycana, Türkiyə və Gürcüstana qarşı ərazi iddialarında, qondarma "erməni soyqırımı" tələblərində fövqəladə, fövqəlgüclərin regionundakı geosiyasi maraqlarının ödənilməsində yeni iştirakçılarından- müsəlman ermənilərdən, və "erməni" kimi təqdim etdikləri həmşinlilərdən istifadə cəhdlərindən, "Kimliyə qayıdış" və "Qarabağa dönüş" planlarından bəhs olunur.

Xalqinfo.az xəbər verir ki, təqdimat mərasimində Azərbaycan Prezidentinin Administrasiyasının nümayəndələri, Milli Məclis üzvləri, alimlər, siyasi və hərbi ekspertlər, hüquq mühafizə orqanları və kütləvi informasiya vasitələri təmsilçiləri iştirak edib.

Tədbiri SAM-ın direktoru Fərhad Məmmədov giriş sözü ilə açıb. Xarici əlaqələr söbəsinin müdir müavini Ərəstü Həbibbəyli, kitabın elmi məsləhətçisi, filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədi, Milli Məclisin üzvü, professor Musa Qasımlı, elmi rəyçilərdən siyasi elmlər üzrə elmlər doktoru, professor Ramiz Sevdimaliyev və tarix üzrə elmlər doktoru, professor Məhəbbət Paşayeva və müəllif - Araz Qurbanov tədqiqat işinin yeniliyi və mahiyyətinə toxunub.

Əsərdə əksini tapmış süni etnosiyasi problemlər, Ermənistan və bəzi dövlətlərin Azərbaycanın, Türkiyənin, Gürcüstanın ərazi bütövlüyünə, etnik və dini sabitliyinə qarşı yönəlmiş təhdidlər barədə məlumat verilib.

Onların neytrallaşdırılmasında düzgün təbliğat işinin əhəmiyyəti vurğulanıb.

Araz Qurbanovun “Müsəlman ermənilər” kitabı təqdim olundu
Araz Qurbanovun “Müsəlman ermənilər” kitabı təqdim olundu

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler