» » BDU-da yeni kitab təqdimatı

BDU-da yeni kitab təqdimatı

Bölmə: KİTAB ALƏMİ
BDU-da yeni kitab təqdimatı
Bu gün Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev, kafedranın müəllimləri Pərvanə İbrahimova və Vəfa İsgəndərovanın birgə müəllifliyi ilə nəşr olunan “Jurnalistika: Dünyanın aparıcı informasiya agentlikləri, Azərbaycanda informasiya agentliklərinin təşəkkülü və inkişaf perspektivləri, Beynəlxalq jurnalist hərəkatı” adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilib.

Fakültənin professor-müəllim heyəti və mətbuat orqanlarının rəhbərləri iştirak etdiyi tədbiri Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Əliyev açaraq müasir informasiya cəmiyyəti quruculuğunda elmin, təhsilin əhəmiyyətindən danışıb, kitab müəlliflərinin işini yüksək qiymətləndirib. Bildirib ki, dərs vəsaitində həm dünya, həm yerli xəbər agentlikləri, həm də bu informasiya resurslarını birləşdirən beynəlxalq jurnalist təşkilatları, onların yaranması, fəaliyyəti və müasir dövründən bəhs edilir.

Qeyd edək ki, kitabın məsləhətçisi AzərTac-ın Baş direktoru Aslan Aslanov, elmi redaktorları, professorlar – Cahangir Məmmədli, Nəsir Əhmədli, rəyçilər “APA Holding”in prezidenti Vüsalə Mahirqızı və siyasi elmləri doktoru Sabir Məmmədli, redaktorları isə Anzulə Cəfərova və Nərminə Əsədovadır.

BDU-da yeni kitab təqdimatı

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler