» » Tarix terminləri lüğəti nəşr olundu

Tarix terminləri lüğəti nəşr olundu

Bölmə: KİTAB ALƏMİ
Tarix terminləri lüğəti nəşr olundu
Bakıda "Tarix terminləri lüğəti" çapdan cıxıb.

Xalqinfo.az xəbər verir ki, müəllifi tarix elmləri doktoru Aydın Balayev olan lüğətdə tarix elmi və köməkçi tarix fənlərinə aid 2500-ə yaxın söz və ifadənin izahı verilib.

Ölkəmizin nəşriyyat təcrübəsində bu sahədə ilk təşəbbüslərdən biri olan bu izahlı lüğət təkcə tarixçilər, arxeoloqlar, etnoqraflar tarix fakültələrinin tələbə və doktorantları üçün deyil, həm də tarix ədəbiyyatı ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Lüğətin elektron variantı aleks.az saytında yerləşdirilib.

Lüğət Altun Kitab MMC tərəfindən nəşr edilib və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun 2016-cı il 18 noyabr tarixli qərarı ilə çapa tövsiyyə olunub.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler