» » Rusiyada ən çox kitabı satılanlar –

Rusiyada ən çox kitabı satılanlar – Azərbaycanlı yazar “Forbes”in siyahısında

Bölmə: KİTAB ALƏMİ
Rusiyada ən çox kitabı satılanlar –

“Forbes” jurnalının Rusiya versiyası 2016-cı ildə ölkədə ən çox satılan kitabların siyahısını dərc edib. Xalqinfo.az jurnala istinadən xəbər verir ki, siyahıya azərbaycanlı yazıçı Elçin Səfərliininrus dilində yazdığı “Mənə dənizdən danış” kitabı da daxil olub. Ötən il Rusiyada bu kitabın 37500 nüsxəsi satılıb.

Siyahının zirvəsində “Harri Potter və lənətlənmiş uşaq” (307,6 min nüsxə), “Şantaram-2. Dağın zirvəsində” (187 min nüsxə) və “Səndən sonra” (130,5 min nüsxə) kitabları yer alıb.

Elçin Səfərli 1984-cü ildə Bakıda anadan olub. Bakıda Beynəlxalq Universitetini bitirib və 12 yaşından mətbuatda çap olunub. Onun “Bosforun şirin duzu” və “Geriyə dönmədən ora” kitabları da populyarlıq qazanıb.


BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler