Leyla Əliyevanın şeiri türk mətbuatındaBölmə: KİTAB ALƏMİ, BLOK XƏBƏR
Azərbaycan prezidentinin qızı Leyla Əliyevanın şeiri Türkiyə mətbuatında yayımlanıb. ANS PRESS-in məlumatına görə, yazıçı-publisist Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın "Ulduzlar pillə-pillə düzülsəydi səmaya" adlı şeirinin tərcüməsini Türkiyə mətbuatında təqdim edib. Bir neçə Türkiyə saytında yayımlanan həmin şeiri diqqətinizə çatdırırıq: (Если б звезды ступеньками стали) Ulduzlar pillə-pillə Düzülsəydi səmaya, Ay da nurun səpsəydi Kəhkəşanlı yollara Birər-birər qalxardım, Baş vurardım göylərə, Səni oradan alıb, Qaytarardım geriyə... Külək qadir olsaydı, Hissləri çatdırmağa, Açaraq ürəyimi, Verərdim tufanlara. Coşardım, bağırardım, Göyə, külli - aləmə. Sən də duyardın yəqin, – Darıxmışam mən necə... Səsin hələ canlıdır, Ürəkdədir o vaxtdan; Ötən günləri, əlbət, Sən də xatırlayırsan... Çaylar çatdırsa mənə Dediyin o sözlərdən Bil ki, çox qiymətlidir Min diləkdən, istəkdən... Mən bilmirəm hardasan, – Harda arayım səni?!. Buludlara möhtacam, Anlatsalar yerini... Əlim əlinə dəysin, Sığallayım, oxşayım. Tək bu ana həsrətəm, – Vüsalıma yetişim... Yağış niyə ağlayır? – Göz yaşı da bir ümman... Bu suala cavabı, Ala bilsəm yağmurdan Ay da gələrdi dilə, Söyləyərdi gizlicə – Ruhun şaddır, yoxsa ki, Gəzir göydə, dərbədər?.. Yenə öncəki təki, Qayğın mənə aşikar; Uzaqda olsan belə, Ruhun olur mənə yar... Danışa bilsəydilər, Uca dağlar, zirvələr, Səni çox sevdiyimi Həmən yetirərdilər. Aramızda ağaclar, Dönüb körpü olsaydı, Ayaqyalın, başaçıq gələrdim həmən qaçıb; Mən heç də hər hissimi Sözə çevirəmmirəm, Gülərdim, təbəssümüm söyləyərdi: – Sevirəm..! Bir gün bir qalib gündüz, Gecəni əsir alsa, Günəş şəfəqləriylə, Zülmətə işıq salsa... Səni bağrıma basıb, Bərk-bərk qucaqlayaram; Nə olsa da, gözümdən Uzağa buraxmaram... Tək səndin mənə doğma Bu fani dünyamızda; Xatirən əbədidir Ürəyimdə, ruhumda... Yenə də ümidliyəm Bitməyəcək görüşə... Mən buna inanıram Ümman boyda sevgimlə... ans press |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|