» » "Çox şeyi itirdim qoca dünyada"

"Çox şeyi itirdim qoca dünyada"

Bölmə: KİTAB ALƏMİ
"Çox şeyi itirdim qoca dünyada"
"Xalqinfo" Yazıçılar Birliyinin üzvü, Şair-publisist Dilsuz Musayevin dəyərli bir şerini sizlərə təqdim edir.


Hardasa Günahım Böyükdü Mənim

Hardasa günahım böyükdü mənim,
Sevgi bulağından içə bilmədim.
Bu günah üstümdə bir yükdü mənim
Sənin gözlərinə köçə bilmədim.

Çox söz danışdılar eldə, obada,
Qəşş edib sızladı quşlar yuvada,
Çox şeyi itirdim qoca dünyada,
Mən ağı qaradan seçə bilmədim.

Quş qanadla uçur,insan diləklə,
Bu dilək üstündə əsirəm hələ.
Bəzən də tutuldum,mən bilə-bilə
Sənin qənşərindən keçə bilmədim.

Ayların illərə qovuşan çağı,
Özüm öz-özümə mən oldum yağı.
O sirli eyvanı,sirli otağı
Atdım ürəyimdən,necə bilmədim.

İndi ömrüm-günüm şan-şan olubdu,
Könlüm qara zülfü axşam olubdu,
Günahım mənimlə mehman olubdu,
Gəzdim neçə dalan,küçə bilmədim...

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler