» » NAĞIL HƏYAT-Vüsal Hicranoğlu

NAĞIL HƏYAT-Vüsal Hicranoğlu

Bölmə: KİTAB ALƏMİ, MANŞET
NAĞIL HƏYAT-Vüsal Hicranoğlu


İNSAN ÖMRÜ

Bəlkə də nağıldır insanın ömrü,
"Cırtdan"ı "div"ləri aldadır hərdən.
Fikir ümmanına bir qırmaq atır,
Azad ola bilmir düşüncələrdən.

Saat kəfkiri tək tələsir anlar,
Bir-bir yer dəyişir,ötür fəsillər.
Qayçı əqrəblərin iti dililə,
Xəbərsiz,ətərsiz kəsilir illər.

BU HƏYAT DEDİYİN
Bu həyat dediyin yuxudur,qardaş,
Açıb açmasını, yoza bilərsən ?
Allahdan payına düşən qisməti,
Varmı cəsarətin, poza bilərsən ?

Bu həyat dediyin bilinməyən-sirr,
Bir bağlı mücrüdür,açarı itmiş.
Girər qılığına bir "gəlin" kimi,
Həyası,abırı,isməti bitmiş.

Bu həyat dediyin ikiüzlüdür,
Gah ağlar,gah da ki, üzünə gülər.
Yükləyər belinə qəm şələsini,
Necə ağır yükdür çəkənlər bilər.

********
"Yek", "dü","çahar","pənc","şeşimiz" tutuldu,
Biz "sə"lərin ümidinə qalmışıq.
Xana-xana tutub bu həyat bizi,
Qoşa zərin ümidinə qalmışıq.

GƏTİRİR-ÖTÜRÜR

Yaz səhəri
Günəşin şəfəqləri
Öpüb üzümdən
Məni sənə gətirir.
Axşam düşür
Ay ,ulduzlar,
Təbəssümlə
Evimizə ötürür.

*****
Görəsən dərdimi kim ol güli-rüxsarə desin,
Canı cismimdən alan sevgili dildarə desin.

Qaş kaman, kirpiyi oxdur, çəkib eşqin yayını,
Naz ,qəmzəylə vurub qəlbimə min yarə desin.

Göz görüb,sevdi könül,yoxmu əlac dərdə,görən
Varmı bir çarə bilən,nola,gəlib çarə desin?.

Kərəmü Qeysü Qərib fani olub eşq içrə,
Bilməyiblər necə eşqi gəlib iqrarə desin.

Gülünün hali olar dərdü qəmindən bülbül,
Nə səbəb var axı öz dərdini gül xarə desin?

Vüsala yoxdu kömək bəndədən,əlbəttə,gərək
Üz tutub sidq ilə o,kami-dilin Yarə desin.

Xalqinfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler