» » "Qonşuda bir bütöv pəncərə qalıb"

"Qonşuda bir bütöv pəncərə qalıb"

Bölmə: KİTAB ALƏMİ
"Qonşuda bir bütöv pəncərə qalıb"



"Xalqinfo" Yazıçılar Birliyinin üzvü, Şair-publisist Dilsuz Musayevin dəyərli bir şerini sizlərə təqdim edir.



Hardasan, Uşaqlığım?

Hanı sənli dünyam,sənli günlərim?
Əlçatmaz,ünyetməz xəyal olmusan.
Hey səni arayır həsrət gözlərim,
Sən ey uşaqlığım,harda qalmısan?

Gənclik saçlarına sığal çəkəli
Beşdaşın çınqıllı dərədə qalıb.
Hardasan, xatakar uşaqlıq ili,
Qonşuda bir bütöv pəncərə qalıb?

Rahat keçirməzdin bircə anını
Yaman dəcəl idin,yaman kür idin.
Anam az verəndə xörək payını-
Hərdən inciyərdin,hərdən küsərdin.

Səni axtarıram eldə, obada,
Həsrətin qəlbimə yenə od salıb.
Hardasan, dağ döşü-"Qara qayada"
"Gizlənpaç"oyunun yarımçıq qalıb.

Söylə ,yadındamı taxta tüfəngin
O kağız evciyin,kağız qayığın?
Büzməli torbana yaz,payız-hər gün
Yemlik, quşəppəyi,turşəng yığdığın?

Necə tez ötüşdü,keçdi ömür,gün...
İndi uşaqlıqdan çox uzağam mən.
Bir uşaq boylanır hardasa- hər gün,
Ömrün xatirələr pəncərəsindən...

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler