» » “Şuşanin bir anliq da olsa azadligini yaşadan qadin” - (FOTOLAR)

“Şuşanin bir anliq da olsa azadligini yaşadan qadin” - (FOTOLAR)

Bölmə: KİTAB ALƏMİ, MANŞET
“Şuşanin bir anliq da olsa azadligini yaşadan qadin” - (FOTOLAR)"Təhsil millətin gələcəyidir"
Heydər Əliyev
Ümummilli Lider Heydər Əliyev elmin, təhsilin inkişafına, milli dövlət quruculuğu prosesinin zəruri əsası kimi yanaşaraq , milli intellektual səviyyəninin yüksəlməsini vacib vəzifələrdən biri hesab edirdi. Mükəmməl təhsil amalı ilə fəaliyyətə başlayaraq Azərbaycanın gələcək qurucularını yetişdirən, Azərbaycan ideologiyasını təblig edən, milli ruhun dirçəlişi və inkişafı, vətənpərvərliyi hər zaman təhsillə paralel aşılayan "Kaspi" liseyinin təhsil ocagı olaraq xüsusi rolu vardır.
Təbii ki, liseyin qurucusu, təsisçisi Azərbaycanın çox dəyərli ziyalı xanımı, vətən deyənde gözləri dolan, Ulu Öndərimiz Heydər Əliyev ideologiyasına sadiq qalaraq hər addımı örnək, hər layihəsi xeyirxahlıq olan, çoxunun üzündə sevinc, qəlbində fərəh yaşadan səmimiyyəti, təvəzökarlığı , xanımlıgı ilə hər birimizə örnək Sona xanım Vəliyevadır. O Sona xanım ki, oduna-ocagına sadiq, tarixini araşırıb seçilmişləri tanıdan, bacardıgı qədər vətənə xeyirli vətəndaş olan, tariximizin süzgəcindən keçən tarixi insanlarımıza dəyər veren və çevrəsindəki kollektivi də vətənə ləyaqətli xidmət etməyə çağıran ziyalı xanım. Sona xanım müsahibələrinin birində demişdi “ ...gördüyüm işlərin bütövlüyündə millətimə , xalqıma sevgi dayanır, sevgi olmasa bu işləri gorə bilmərəm” təbii ki, sevgi ilə gorülən işlər də ürəklərdə yer tutur, xalqa xeyirli olur. Bəli evinin xanımı, xalqının ziyalısı hər kəsdən gizlətdiyi duyğuları gerçəkləşən əməlləri ilə göstərən və yaşayan xanım. Bu müqəddəs Ramazan ayında keçirilən " Kaspi" liseyinin aydın düçüncəli, sağlam əqidəli tələbələri tərəfindən hazırlanan sərgi də xeyriyyəçilik baxımından önəmli idi.

Vətən deyib yola varan,
Zülmdə də haqq axtaran,
Şuşaya ilk bayraq asan
könlümə qardaş düşübdür....

deyen şairəmiz, ziyalımız Sona xanım bu müqəddəs Ramazan ayında bizlərə Şuşanın bir anlıq da olsa azadlığını yaşatdı, köksümüzdə yara bağlayan Qarabagımıza apardı, "Xarı bülbül"ə həyat verdi.
Rəhbəri oldugu “Kaspi” liseyinin Milli İncəsənət Muzeyində keçirilən və mili ruhla hazırladığları "Xarı bülbül" sərgisində gələcəyimiz sayılan uşaqlar, vətənpərvərlik hissini nece yaşatmağı göstərdi. Və Mən inanıram ki, gələcəkdə “Kaspi” liseyi Azərbaycanda və onun bütün şəhərlərində daha da geniş vüsət alaraq dünənimizdən bu günümüzə bir “tarix” rolunu oynayacaq.

Gülşən BEHBUD

“Atilla” jurnalının baş redaktoru

“Şuşanin bir anliq da olsa azadligini yaşadan qadin” - (FOTOLAR)
“Şuşanin bir anliq da olsa azadligini yaşadan qadin” - (FOTOLAR)
“Şuşanin bir anliq da olsa azadligini yaşadan qadin” - (FOTOLAR)
“Şuşanin bir anliq da olsa azadligini yaşadan qadin” - (FOTOLAR)
“Şuşanin bir anliq da olsa azadligini yaşadan qadin” - (FOTOLAR)














































































Kainat Şirin

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler