» » Biz Markesdən nəyi öyrənməliyik?

Biz Markesdən nəyi öyrənməliyik?

Bölmə: KİTAB ALƏMİ
Biz Markesdən nəyi öyrənməliyik?
Dünyanın ən böyük yazarı olan Qabriel Qarsia Markes vəfat etdi. Biz ona sadəcə Markes, həmyerliləri olan kolumbiyalılar isə “Qabo” deyirdilər.


Dünyadan köçən bu məşhur insandan bəs bizlərə nə qaldı? Yalnız onun dünya şöhrətli əsərlərimi? Əslində adi opxucuların belə yanaşması təəcüblü olmasa da biz yazarların (Burada həm yazıçıları, həm jurnalistləri, həm də tarixçi –araşdırmaçıları nəzərdə tuturam. Çünki onun yazdıqları hər üç sahənin insanları üçün dəyərli idi) münasibəti təbii ki, başqa formada olmalıdır. Çünki söz sənətinin,informasiya və məlumatı geniş auditoriyaya çatdırmaq peçəsinin nəhəng bir korifeyini itirdik. Deməli biz Markesdən nəyisə həm də öyrənməliyik.Bəs onda nəyi öyrənməliyik?

Gənc yaşlarımdan onun həm həyatını, həm də yaradıcılığını izləmişəm. Ən cox sevdiyim isə onun maraqlı müsahibələti idi. Və bu müsahibələri böyük həvəslə tərcümə edib o zaman “Ədəbiyyat və İncəsənət” qəzetinə də təqdim etmişdim. Və ilk zamanlar yazdığım hekayələri də (bu hekayələr “Ulduz” və “Ədəbiyyat və İncəsənət” qəzetində dərc edilmişdi) onun ciddi təsiri altında qələmə almışdım. Sonradan bu nəhəng yazıçını ciddi mütaliə edib yazmaq istədiklərimin onun yazılarında coxdan əksini tapdığını görüb ona böyük minnətdarlıq hissi ilə və başladığım bir romanı da yarımçıq qoyub bədii ədəbiyytdan kənara çəkildim. Ancaq Markesi unutmadım və əsərlərini yenə heyranlıqla oxudum.

Markes yazırdı ki, o bədii ədəbiyyatdakı uğurlarına görə məhz reportyorluq sənətinə borcludur. Bildirirdi ki “Toyuq dimdiyi ilə yeri taqqıldadıb dəni götürdüyü kimi o da barmaqları ilə yazı makinasının klaviaturasını döyəcləyib”( İfadələr ona məxsusdur) yazı sənətinin sirlərini öyrənirmiş. Bu gün coxları vurğulayır ki, Onun yaradıcılığının ən fərqli və diqqətli cəhəti həm də yazı texnikasının güclüllüyündədir. Markes isə yalnız fitri istedadın deyil,eyni zamanda gərgin çalışmağın sayəsində buna nail olmuşdu. Böyük maraqla oxunan “Yüz il tənhalıqda”nı isə gərgin əziyyətlə yazmışdı. Qeyd edirdi ki,bəzən bir gündə cəmisi səkkiz cümlə yazdığım məqamlar da olurdu. Bax elə yazıçı məsuliyyəti də budur ki,hər sözü ağ kağıza köçürüb oxucu auditoriyasına catdırmırsan.

O yazmaq sənətinə cox məsuliyyətlə yanaşırdı. Və bu məsuliyyət bəzən qorxu həddinə çatırdı. Müsahibələrində bildirirdi ki, yazı stolu arxasında əyləşmək mənim üçün “it əzabı”dır( ifadəni belə də işlədirdi). Bundan ötrü müxtəlif bəhanələr edirəm ki, masa arxasında oturmayım. Məsələn, kofe içirəm, gəzişirəm, hətta əlimə kis götürüb qapıları rəngləyirəm ki, yazıya başlamayım, o əziyyətli işlə məşğul olmayım. Hər şeyi edəndən sonra bəhanəm kəsilir, başqa bir işin qalmadığına tam yəqin oluram və nəhayət yazmağa başlayıram.

Markesin bu açıqlamaları maraqlı detallardır. Hamımızın sevərək qəbul etdiyi obrazları isə o hec də asanlıqla yaratmayıb və bu işə bütün varlığını həsr edib. Elə burada səhv etmirəmsə Prustun sözləri yada düşür ki, yazıçılıq bir faiz istedaddırsa doxsan doqquz faiz zəhmətdir. Markes isə bu zəhmətə qatlaşmağı bacarırdı.

Bu gün onun söz sənətindəki əsl sehrbazlığından yazırlar. Amma o bu sehrbazlığın da sirlərini gərgin əziyyəti və uzunmüddətli müşahidələri ilə qazanmışdı. Özü yazırdı ki, Karib dənizi sahilindəki sehrbazları cox diqqətlə izləmişəm. Məsələn o sehrbazlar uzaq məsafədə dayanıb ayinlər edir və inəyin qulağından qurdlar gəlib tökülürdü yerə. Mən isə buna bərk təəcüblənirdim.Yaxud bir tanışım danışırdı ki, meşədə böyük anakondo ilanı görüb. Maraqlıdır ki,ilanın üstü kəpənəklərlə dolu imiş və hətta o görünməz halda qalıbmış. Bu isə mənim üçün cox maraqlı bir detal idi.Markes yazır ki, bir dəfə “Yüz il tənhalıqda”nı yazarkən əsərdəki bir məqamı necə təsvir edəcəyimi düşünürdüm və bir nəticəyə gələ bilmirdim. Pəncərəyə yaxınlaşıb çölə baxdım. Həyat yoldaşım Mersedes (xanımının adı belədir) paltarları yuyub yenicə ipdən asmışdı ki, qurusun. Birdən cox güclü kulək əsdi və o paltarları götürüb getdi. Bu mənim üçün cox vacib məqam idi. Və həmin hadisəni necə yekunlaşdırmağı artıq tapdım.

Markesi yazılarının auditoriya tərəfindən necə qarşılanması cox maraqlandırırdı. Bir dəfə eşidir ki, bir dəstə tələbə ehtiyacdan pul toplayıb onun məşhur “Yüz il tənhalıqda “ əsərini alıb növbə ilə oxuyaraq orada coxlu qeydlər edib. Markes o tələbələrlə görüşərək həmin kitabı onlardan alır. Özü yazır ki, tələbələrin kitabdakı qeydləri mənim üçün cox vacib idi. (Qeyd edim ki 1980-ci illərin məlumatında həmin məşhur əsərin ümumi tirajı 30 milyondan cox idi).

Markes yaratdığı obrazlara cox doğmalıqla yanaşır və onları həm də qoruyurdu. Özü yazırdı ki,”Yüz il tənhalıqda” romanı haqqında 100-dən cox resenziya və təhlili material yazılsa da heç birində mənim yaratdığım obrazların əsil mənası açıqlanmayıb. Və bu roman əsasında yaxşı qonorar təklifi ilə filmin çəkilməsinə də razı olmayıb. Səbəbini isə belə izah edib ki,heç bir məşhur rejissor həmin əsərdəki obrazlarımı olduğu kimi yarada bilməyəcək. Məsələn, tutaq ki,əsərdəki Ursula nənə obrazını Sofi Loren kimi məşhur bir aktrisa oynayacaq. Və olsun ki həqiqətən cox gözəl bir obraz yaradacaq. Ancaq o mənim yaratdığım Ursula olmayacaq.Mən isə öz obrazlarımın belə maraqlı qalmasını istəyirəm.

Markes ömrünün sonlarına qədər yazı üslubunu qorumağa çalışır və buna ciddi rejimi, çalışqanlığı ilə nail olurdu. Yazırdı ki, mən bu yaşımda belə Kolumbiyanın Boqota şəhərində nəşr edilən “Espektador” qəzetinə həftədə bir dəfə bir neşə sütünluq məqalə yazıram ki, üslubumu qoruyub saxalyım. Və bu mənə kömək edir ki, həm də hadisələrə yaxın olum.

Markesi hələ sağlığında öz əsərlərinin sonrakı taleyi cox maraqlandırırdı və belə desək O bunlardan ötrü cox narahat idi. Yazırdı ki, internetin, texnikanın belə möcüzəli inkişafı imkan verəcəkmi ki, 30-40 ildən sonra onun əsərləri maraqla oxunsun? Əslində bu onun ciddi bir yazıçılıq məsuliyyətini ortaya qoyurdu.

Onun haqqında cox yazmaq və demək olar. Məncə onun haqqında ən təsirli və dəqiq fikri ölümü xəbərini eşidən bir həmyerlisi- kolumbiyalı qadın söylədi: “Qabo! Sən bizə dünyaya başqa gözlə baxmağı öyrətdin”.

Nəsiman Yaqublu

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler