» » “Bütöv Azərbaycan” deyən azadlıq çarçısı –

“Bütöv Azərbaycan” deyən azadlıq çarçısı – Video

Bölmə: KİTAB ALƏMİ
“Bütöv Azərbaycan” deyən azadlıq çarçısı –
Qüdrətli söz ustası, Azərbaycan ədəbiyyatında öz dəst-xətti ilə tanınan Bəxtiyar Vahabzadə artıq 6 ildir ki, aramızda deyil. Mərhum şair cismani olaraq bizimlə olmasa da, onun şeirləri, poemaları, şeirlərinə bəstələnən musiqilər, bir sözlə, bizə yadigar qoyduğu zəngin irsinin yaratdığı xoş ovqat indi də ruhumuzu qanadlandırır.

O, hələ gənc yaşlarından həm poeziya, həm də ədəbiyyatşünaslıq sahəsində öz qələmini sınayıb. Xalqın keçmişini, bu gününü dərindən bilən Bəxtiyar Vahabzadə 60-cı illərdən başlayan Milli Azadlıq hərəkatının öncüllərindən biri olub. Rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulan xalq şairi iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini “Gülüstan” poeması ilə dilə gətirib.

Bəxtiyar Vahabzadə yaradıcılığına müraciət edən yetərincə bəstəkar şairin dərin məzmuna malik şeirləri nota köçürərək möhtəşəm əsərlər ərsəyə gətirib.

Xalq şairi mahnıda musiqi ilə şeirin nisbətindən danışarkən bu sözləri qeyd edib: «Çox halda gözəl musiqisi olan mahnılarımızın mətni son dərəcə zəif olur. Mənasız sözlər yığınından ibarət mətnlər musiqinin təranələri içində itib-batdığından çox zaman sözlərin mənasızlığını hiss etmirik».

Bir dəfə xalq şairinə şeirlərinə yazılan mahnılar arasında “Ən çox sevdiyiniz hansıdır”, - sualını verəndə, “Gecələr bulaq başı”, - söyləmişdi. Elza İbrahimovanın bəstələdiyi bu mahnı Vahabzadənin o qədər xoşuna gəlirmiş ki, hətta bir dəfə Elza xanıma belə bir sual verir: “Yəni siz mənim şeirlərimi məndən də yaxşı hiss edirsiniz ki, onlara belə gö­zəl musiqilər yaza bilirsiniz? Bu necə olur?” Bəli, onların müəllifi olduğu bu unudulmaz əsər bu günümüzdə də dillər əzbəridir.

Geniş və səmərəli bədii yaradıcılığa malik olan Bəxtiyar Vahabzadə şair, ictimai xadim, həmçinin vətəndaş kimi də ana dilimizin həm təbliğatçısı, həm qoruyucusu, həm də yaradıcısı olaraq tanınırdı. Xalq şairi Nəriman Həsənzadə “Bəxtiyar Vahabzadə müasir ədəbi prosesdə xüsusilə fərqlənən, ədəbiyyatın taleyini, nüfuzunu öz vicdanı kimi qoruyan şairdir”, - deyə bildirib.

70-dən artıq şeir kitabının, yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifi olan Bəxtiyar Vahabzadə yaşasaydı, bu il ömrünün 90-cı ilinə qədəm qoyacaqdı. Amma tale bu azadlıq şairini bir göz qırpımında sevdiyi xalqın əlindən aldı.

Yaşa, Azadlıq carçısı!


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler