DataLife Engine > İqtisadiyyat > “Heç bir dövlətdə ildə 2 dəfə bu qədər artım baş verməyib”

“Heç bir dövlətdə ildə 2 dəfə bu qədər artım baş verməyib”


20-06-2019, 18:46. Yerləşdirdi: Tural “Heç bir dövlətdə ildə 2 dəfə bu qədər artım baş verməyib”





Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli prezidentin imzaladığı ikinci sosial paketin əhəməyiyyətindən danışıb.

“Xalqinfo” xəbər verir ki, o, komitə iclasında bildirib ki, sonuncu islahat paketindən 2 milyon 200 min insan faydalanacaq: “Cənab prezident bu ili sosial müdafiə sistemində islahat ili elan edib. Bu ilin əvvəlində həyata keçirilən sosial paketdən 3 milyon insan faydalanıb. İndi isə bu rəqəm 2 milyondur. Deməli, ümumilikdə ilin əvvəlindən bu günə kimi 5 milyon insan bu sərəncamlardan yararlanıb. Bu il həm də ona görə sevindiricidir ki, Dövlət Sosial Müdafiə Fondunun 5 ay müddətində yığımları 350 milyon manat artıb. Təbii ki, bu yığımlar da əhalinin sosial rifahına xərclənir”.

REKLAM

www.reqemsalsemaaltinda.com

Daha ətraflı

Komitə sədri qeyd edib ki, bu ilin əvvəlindən verilən sərəncamlar dünya dövlətləri ilə müqayisə olunub: “Nəticə ondan ibarətdir ki, heç bir irili-xırdalı dövlətdə ildə 2 dəfə bu qədər artım baş verməyib”.
Geri qayıt