DataLife Engine > İqtisadiyyat > Hüquqi şəxslərin də kredit problemi həll olunacaq

Hüquqi şəxslərin də kredit problemi həll olunacaq


2-03-2019, 09:21. Yerləşdirdi: sefa Hüquqi şəxslərin də kredit problemi həll olunacaq
Maliyyə naziri Samir Şərifov AzTV-yə müsahibəsində hüquqi şəxslərin də problemli kreditindən danışıb.

Xalqinfo.az-ın məlumatına görə, o bildirib ki, bununla bağlı da dövlət başçısının xüsusi tapşırığı var və dövlət qurumları hazırda bu məsələnin üzərində işləyirlər:

“Bankların digər problemi də var. Hüquqi şəxslərin də problemli kreditləri ola bilər. Bəzi şirkətlər banklara olan borclarını vaxtında qaytarmırlar, ödənişlərdə çətinlik çəkirlər. Bu da istər-istəməz bankların fəaliyyətinə mənfi təsir göstərir. Bununla da bağlı dövlət başçısının xüsusi tapşırığı və dövlət qurumları işləyirlər. Bank sektorunun sağlamlaşdırılması ilə bağlı növbəti proqram hazırlanır, onun maliyyə tutumu müəyyən edilir, yəqin ki, yaxın zamanlarda bu proqram təqdim ediləcək”.

S.Şərifov banklara verilən dəstəyə baxmayaraq, onların verdikləri kreditlərin faizlərinin hələ də yüksək olduğunu qeyd edib:

"Makroiqtisadi sabitlik təmin olunb. İnflyasiya nəzarət altına alınıb və rəsmi surətdə azalıb. Kredit faizlərinin inflyasiya səviyyəsindən 5-6 dəfə yüksək olması əsaslı deyil. Amma bankların da ola bilsin ki, arqumentləri var və biz onları eşitməliyik".
Geri qayıt