DataLife Engine > İqtisadiyyat > Şahin Mustafayev Çin şirkətləri ilə müqavilə imzaladı -

Şahin Mustafayev Çin şirkətləri ilə müqavilə imzaladı -


1-03-2019, 18:35. Yerləşdirdi: sefa Şahin Mustafayev Çin şirkətləri ilə müqavilə imzaladı -
İqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir.

Xalqinfo.az xəbər verir ki, nümayəndə heyətinə İqtisadiyyat, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirləri, Xarici İşlər, Kənd Təsərrüfatı, Energetika nazirliklərinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin, Dövlət Gömrük Komitəsinin, Azərbaycan Dövlət Neft Şirkətinin, İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəhbər şəxsləri və sahibkarlar daxildir.

Komissiyanın həmsədri, Çinin Kommersiya Nazirliyinin Avrasiya departamentinin rəisi Lu Veydonun rəhbərlik etdiyi Çin nümayəndə heyətində isə Çinin aidiyyəti dövlət qurumlarının rəhbərləri və iş adamları təmsil olunur.

Səfərin ilk günü Azərbaycan nümayəndə heyəti Çinin “Huawei” və “Çin Milli Elektrik Mühəndisliyi Ko. Ltd” (CNEEC) şirkətlərinin rəhbərləri ilə görüşlər keçirib, müzakirələr aparıb.

“Huawei” şirkətinin rəhbəri ilə görüşdə İKT sahəsində əməkdaşlığın inkişafı imkanları müzakirə edilib. Bildirilib ki, İKT-nin inkişafı Azərbaycan iqtisadiyyatının prioritet istiqamətlərindəndir. Bu baxımdan Azərbaycan “Huawei” ilə əlaqələrin genişləndirilməsində maraqlıdır. Görüşdə “Huawei” şirkətinin istehsalı olan və müxtəlif sahələri əhatə edən yeni texnoloji həllərin təqdimatı keçirilib.

Şahin Mustafayevin “Çin Milli Elektrik Mühəndisliyi Ko. Ltd” (CNEEC) şirkətinin prezidenti Zanq Yanfey ilə görüşündə şirkətin ölkəmizdə fəaliyyətinə və əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb. Azərbaycanda sənaye, tikinti, ticarət, xidmət və digər sahələrdə Çin sərmayəli şirkətlərin fəaliyyət göstərdiyini qeyd edən nazir CNEEC-in Azərbaycanda müxtəlif layihələrin icrasında iştirak etdiyini vurğulayıb.

CNEEC-in prezidenti Zanq Yanfey şirkətin Azərbaycanla əməkdaşlıqda marağını ifadə edib. Görüşdə Azərbaycanda avtomobil şinlərinin istehsalının təşkili müzakirə edilib.

Səfər çərçivəsində Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 7-ci iclası da keçirilib, Komissiyanın sonuncu iclasından keçən dövr ərzində görülən işlər və iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

İclasda Ş.Mustafayev bildirib ki, 2018-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 1,3 mlrd. dollar təşkil edib. Çinin Cənubi Qafqaz ölkələri ilə ticarətinin təqribən 43%-i Azərbaycanın payına düşür. Bununla belə, ticarət dövriyyəsinin artırılması üçün potensial böyükdür.

Nazirin sözlərinə görə, Azərbaycanda 120-ə yaxın Çin kapitallı şirkət fəaliyyət göstərir. Çin şirkətləri Azərbaycana 800 milyon ABŞ dollarından çox investisiya yatırıblar.

Komissiyanın həmsədri, Çinin Kommersiya Nazirliyinin Avrasiya departamentinin rəisi Lu Veydon Azərbaycanın Cənubi Qafqazda Çinin əsas ticarət tərəfdaşı olduğunu, Azərbaycan-Çin iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində və yeni əməkdaşlıq imkanlarının təşviq olunmasında komissiyanın rolunu vurğulayıb.

İclasın sonunda Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 7-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Ş.Mustafayev və L.Veydon imzalayıblar. Sənəddə sənaye, kənd təsərrüfatı, tranzit-logistika, ticarət, investisiya, İKT, maliyyə, turizm, humanitar və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, bu il Çinə daha 3 ixrac missiyasının təşkili nəzərdə tutulur.

Şahin Mustafayev Çin şirkətləri ilə müqavilə imzaladı -
Şahin Mustafayev Çin şirkətləri ilə müqavilə imzaladı -
Şahin Mustafayev Çin şirkətləri ilə müqavilə imzaladı -
Şahin Mustafayev Çin şirkətləri ilə müqavilə imzaladı -
Geri qayıt