DataLife Engine > İqtisadiyyat > Azərbaycan neftinin qiyməti 63 dollara düşdü

Azərbaycan neftinin qiyməti 63 dollara düşdü


9-02-2019, 00:14. Yerləşdirdi: Tural Azərbaycan neftinin qiyməti 63 dollara düşdü





CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 7-də 63 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 1,38 dollar/barel azdır.


Xalqinfo.AZ xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 62,19 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,18 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 58,79 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,45 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 60,97 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 1,34 dollar/barel azdır.
Geri qayıt