DataLife Engine > İqtisadiyyat > Azərbaycan məhsulları satılır -

Azərbaycan məhsulları satılır -


8-11-2018, 21:25. Yerləşdirdi: sefa Azərbaycan məhsulları satılır -
İqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Çinin "Greenland” şirkətinin prezidenti Can Yulianq ilə görüşüb.

Xalqinfo.az xəbər verir ki, görüşdə nazir Şahin Mustafayev Azərbaycan-Çin əlaqələrinin inkişaf etdiyini, ölkəmizdə 100-dən çox Çin sərmayəli şirkətin fəaliyyət göstərdiyini, qarşılıqlı investisiya qoyuluşlarının həyata keçirildiyini vurğulayıb, ölkəmizdə biznes və investisiya mühiti, sahibkarlığın inkişafı, bu sahədə aparılan islahatlar və özəl sektora dəstək mexanizmləri barədə məlumat verib, "Doing Business 2019” hesabatında Azərbaycanın mövqeyinin ciddi şəkildə yüksəldiyini vurğulayıb. Görüşdə "Greenland” şirkətinin fəaliyyətinə dair təqdimat keçirilib və qeyd olunub ki, şirkətin fəaliyyəti daşınmaz əmlak, tikinti, beynəlxalq ticarət, maliyyə, otellər, supermarketlər və s. kimi xidmət sahələrini əhatə edir.

Tərəflər "Greenland”lə otelçilik, turizm, xəstəxanaların idarə olunması və digər sahələrdə əməkdaşlığa, şirkətə məxsus "G-super”marketlər şəbəkəsində Azərbaycan məhsullarının satışına dair müzakirələr aparıb, şirkətin ölkəmizdə həyata keçirilən investisiya layihələrində iştirak edə biləcəyi diqqətə çatdırılıb.

Görüş çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və "Greenland Zhongxuan” Beynəlxalq Ticarət Şirkəti arasında iqtisadi və ticarət əməkdaşlığının inkişafına dair Anlaşma Memorandumu, AZPROMO və Çinin "Shanghai Jizhi Investment Management” şirkəti arasında "Greenland Global” Ticarət Mərkəzində sərgi pavilyonunun icarəsinə dair Müqavilə imzalanıb. Görüşdə həmçinin, "Azersun Holdinq” şirkəti və "Greenland Zhongxuan” Beynəlxalq Ticarət Şirkəti arasında 2 mln. ABŞ dolları dəyərində, "Şərq Ulduzu” şirkəti və "Greenland Zhongxuan” arasında 1 mln. ABŞ dolları dəyərində məhsulların Çinə ixracına dair niyyət memorandumları imzalanıb.

Görüşdə Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC sədri Rauf Vəliyev, Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Rüfət Rüstəmzadə, "Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC İdarə Heyəti sədrinin müavini Elşən Əsədov, Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı, AZPROMO-nun prezidenti vəzifələrini icra edən Yusif Abdullayev, Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu iştirak ediblər.

Sonra Azərbaycan nümayəndə heyəti "Greenland” şirkətinin "G-hub Ticarət Mərkəzi”ndə Azərbaycan pavilyonunun açılışında iştirak edib. Qeyd edək ki, "G-hub Ticarət Mərkəzi”ndə Azərbaycan istehsalı olan müxtəlif məhsulların – şərab və spirtli içkilərin, qida məhsullarının və s. "Made in Azerbaijan” brendi ilə satışı həyata keçiriləcək. Məlumat üçün bildirək ki, noyabrın 7-dən etibarən Azərbaycan məhsullarının Çinin "DİG” marketlər şəbəkəsində də satışına başlanılıb.


Şəfa Rasimqızı
www.xalqinfo.az
Azərbaycan məhsulları satılır -
Azərbaycan məhsulları satılır -
Geri qayıt