DataLife Engine > İqtisadiyyat > Tibb Universitetində vergi yoxlaması başladı

Tibb Universitetində vergi yoxlaması başladı


8-11-2018, 10:17. Yerləşdirdi: sefa Tibb Universitetində vergi yoxlaması başladı
Vergilər Nazirliyi Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında yoxlamalara başlayıb.

Xalqinfo.az "Report”a istinadən xəbər verir ki, yoxlamalar noyabrın 1-dən həyata keçirilir və noyabrın 17-nə qədər davam edəcəyi bildirilir.

Nazirlik klinikanın vergidən yayınması ilə bağlı məlumat əldə edib. Hazırda bura müayinəyə gələnlər başqa xəstəxanalara yönəldilir.


Şəfa Rasimqızı
www.xalqinfo.az
Geri qayıt